SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib
“Azər Türk Bank”ın (ATB) rəhbərliyində dəyişiklik olub.
Məlumata görə, Əfqan İsayev və Zaur Qurbanov bankın Müşahidə Şurasının üzvü təyin edilib. Ə.İsayev və Zaur Qurbanov bu vəzifələrdə Günel Nəbiyeva və Pərvin Manafovu əvəzləyib.
Qeyd edək ki, Əfqan İsayev və Zaur Qurbanov Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləridir. SOCAR 2024-cü ildə ATB-nin səhmlərinin böyük hissəsini əldə etdiyini açıqlayıb. Bankın rəhbərliyində dəyişiklik bu fonda baş verib.
Xatırladaq ki, “Azər Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə (SOCAR və ƏMDX), 12,37%-i “Ziraat Bank Azərbaycan”a, 1,08%-i “ Ziraat Bank International”a, 6,55%-i “AzRe Reinsurance” təkrarsığorta şirkətinə və 5%-i isə “Qala Həyat” sığorta şirkətinə aiddir.
© APA
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 20 d. əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
13 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Trampdan Davosda mühüm açıqlamalar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Ən çox oxunanlar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















