Ziraat Bank Azərbaycan mobil tətbiqini yenilədi!
Ziraat Bank Azərbaycan, xidmət keyfiyyətini artırmaq məqsədilə mobil bankçılıq tətbiqini Android və iOS istifadəçiləri üçün yenilədi.
Yenilənmiş tətbiq müasir dizaynı, daha yüksək sürəti və funksional imkanları ilə seçilərək müştərilərə daha rahat istifadə təcrübəsini təqdim edir. Ziraat Bank Azərbaycan mobil tətbiq istifadəçiləri ödəniş və köçürmə əməliyyatlarını daha sürətli və rahat şəkildə icra edə, tətbiqin əsas səhifəsini özlərinə uyğunlaşdıra bilərlər.
Ziraat Bank Azərbaycan mobil bankçılıq tətbiqi ilə müştərilər banka getmədən, 7/24 onlayn olaraq öz hesablarına nəzarət edə, pul köçürmələrini rahatlıqla icra edə, kredit, kommunal ödənişlərini və digər bank əməliyyatlarını asanlıqla yerinə yetirə bilərlər. Yeniliklərdən biri də müştərilərin artıq mobil bankçılıq xidmətindən faydalanaraq istifadələrində olan Bankkartlara yeni şifrə təyin etmə imkanıdır.
Bank tərəfindən təqdim edilən məlumata əsasən mobil bankçılıq tətbiqində yaxın zaman ərzində ƏDV-nin geri qaytarılması funksiyası, Apple Pay xidmətinə qoşulma imkanı və digər yeniliklər gözlənilir.
Tətbiqi yükləmək üçün müştərilər mobil telefondan növbəti linkə keçid edərək istifadə edə bilərlər: https://ziraatbank.az/app-redirect-link
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram,X-platforması,Linkedin,YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın



















.jpg)



