"İqtisadiyyatı bərpa etmək istəyirsizsə, bankları sağlamlaşdırın"
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası ölkənin bank sisteminin restrukturizasiyası prosesinə daxildir".
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABB və bank sektorunun digər iştirakçıları ətrafında gedən proseslər Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın rəhbərliyi ilə görüşdə müzakirə olunub:
"Bu məsələlərin həlli məqsədilə bu günə qədər konkret addımlar atılıb. Bu da maliyyə və bank sisteminə inamı artıracaq, riskləri isə azaldacaq. Bundan sonra bankların fəaliyyəti üçün dəstək göstərilməlidir. Bank sisteminin səmərəliliyi baxımından müvafiq dövlət orqanlarının potensialı artırılmalıdır, restrukturizasiya davam etməlidir. Digər ölkələrin təcrübələri göstərir ki, hər böhranda qərarlı addımların atılması zəruridir. Bu cür şəraitdə risklərə daha az məruz qalmaq üçün yaxşı imkan yaranır".
C.Azurun, "Milli valyutanın məzənnəsinin hansı səviyyədə olub-olmaması ildə bağı bizə konkret mövqe yoxdur. Çünki Mərkəzi Bank manatı çevik məzənnə rejimində buraxıb və biz bunu dəstəkləyirik. İqtisadiyyatı bərpa etmək istəyirsizsə, bank sektorunda restrukturizasiya aparılmalıdır. Həmçinin, struktur islahatları sayəsində müəyyən işlər görülməlidir".
© APA, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
-
8 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
9 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 10-da gözlənilən hava şəraiti
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
Ən çox oxunanlar
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
























