Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi ilə bağlı qərarının açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər dəyər itirib. EURUSD valyuta cütlüyü 1.15190 səviyyəsindən 1.15720 səviyyəsinə qədər bahalaşıb. Eyni müddət ərzində USDJPY cütlüyü 148.800 həddindən 147.840 həddinə kimi geriləyib. Qızıl təzyiq altında qalmaqda davam edir, lakin qiymətli metal ötən gün 3307$-dan 3334$-a qədər bahalaşıb.
Dünən ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı bəyanatlarından sonra beynəlxalq birjalarda neftin qiyməti əhəmiyyətli dərəcədə artdı. “Brent” markalı neftin bir barel üçün dəyəri 72.90$-a qədər kəskin şəkildə yüksəldi.
Ötən gün Tramp Rusiyaya Ukrayna münaqişəsini tənzimləmək üçün 10 gün vaxt verdiyini bildirib. Prezident qeyd edib ki, bu müddət bitdikdən sonra ABŞ vəd etdiyi tarifləri və "digər tədbirləri" Rusiyaya qarşı tətbiq edəcək. O həmçinin qeyd edib ki, Rusiyadan bu yeni müddətlə bağlı heç bir cavab almayıb: "Heç bir cavab almadım. Bu, təəssüf doğurur".
ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent isə bildirib ki, Stokholmda Çin nümayəndə heyəti ilə danışıqlar zamanı Pekini Rusiya nefti alacağı təqdirdə qarşılaşa biləcəyi nəticələr barədə xəbərdar edib.
Çərşənbə axşamı Amerikada “Conference Board” tədqiqat şirkətinin yayımladığı hesabata əsasən, ABŞ-da İstehlakçıların İnam İndeksi iyul ayında 95.2 bənd səviyyəsindən 97.2 bənd səviyyəsinədək yüksəlib və analitiklərin 95.9 bəndlik proqnozunu üstələyib.
Həmçinin, iyun ayında ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) 7.712 milyondan 7.437 milyona qədər azalıb. Ekspertlər göstəricinin 7.510 milyon səviyyəsində olacağını proqnozlaşdırmışdılar. Əlavə olaraq, Amerikanın Ticarət Saldosunun kəsiri 96.59 milyard dollardan 85.99 milyard dollara qədər enib.
Bu gün FED tərəfindən açıqlanacaq faiz qərarı ilə yanaşı investorların diqqət mərkəzində Kanada Bankının (BoC) uçot faiz dərəcəsi ilə bağlı toplantısının nəticələri, ADP tərəfindən açıqlanacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı və Almaniyada, Avrozonada və ABŞ-da dərc olunacaq ÜDM göstəriciləri olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 d. əvvəl
- 16 d. əvvəl
-
-
23 d. əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 29 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
17 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
17 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
Ən çox oxunanlar
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub







.jpg)







.jpg)







