Mərkəzi Bank 2 təşkilata xarici valyutada köçürmə aparılmasının dərhal dayandırılması barədə göstəriş verib
Mərkəzi Bank “A-Solutions Elektron Pul Təşkilatı” MMC-yəvə “Greentek Group” MMC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumatlar yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində “A-Solutions Elektron Pul Təşkilatı” MMC tərəfindən 01 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatlarının aparılması faktları aşkar edilmişdir. Bu əsasla təşkilata VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada pul köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilmişdir.
Həmçinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində “Greentek Group” MMC tərəfindən 01 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatlarının aparılması faktları aşkar edilmişdir. Bu əsasla təşkilata VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























