Azərbaycanın aparıcı bankı xaricdən 15 milyon avro kredit cəlb edir - SAZİŞ İMZALANIB
Sahibkarlara daha əlverişli şərtlərlə kredit ayrılacaqBank Respublika və EFSE sahibkarlığın dəstəklənməsi məqsədilə növbəti kredit sazişi imzalayıb. EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE) yeni kredit sazişi imzalayıblar.
Marja.az Bank Respublikaya istinadən xəbər verir ki, bu saziş çərçivəsində bank 15 milyon avro məbləğində vəsait cəlb edəcək və bu vəsait milli valyutada təqdim olunacaq.
Bildirilib ki, 4 il müddətinə nəzərdə tutulmuş kredit, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, həmçinin qadın sahibkarların daha əlverişli şərtlərlə maliyyələşdirilməsinə imkan verəcək. Bank Respublikanın geniş filial şəbəkəsi sayəsində bu vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə xidmət edəcək.
“İmzalanmış saziş Bank Respublika ilə tərəfdaşlığımızın möhkəmliyini bir daha təsdiqləyir. Düşünürük ki, milli valyutada uzunmüddətli maliyyələşdirmə kiçik və orta biznesin sabit və inamlı inkişafı üçün əlverişli şərait yaradacaq.”, - deyə EFSE-də Finance in Motion portfel meneceri Yasminka Beqert qeyd edib
“EFSE ilə əməkdaşlığımızın növbəti mərhələsi tərəfdaşlığımızın yüksək etimada əsaslandığını və strateji xarakter daşıdığını nümayiş etdirir. Cəlb olunan vəsaitlər bizim üçün prioritet olan real sektorun, xüsusilə də kiçik və orta biznesin kreditləşdirilməsinin gücləndirilməsinə xidmət edəcək. Bizim üçün əsas məqsəd - xarici maliyyəni sadəcə cəlb etmək deyil, onu ölkə üzrə sahibkarlar üçün real imkanlara çevirməkdir. Əminik ki, bu vəsaitlər yeni iş yerlərinin yaradılmasına, dayanıqlı layihələrin həyata keçirilməsinə və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək.” - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























