Bolt və SUP Azərbaycanda ilk “Bolt Accelerator” proqramını başlatdı
“Bolt Accelerator” – Sürücülər və kuryerlər üçün biznes (sahİbkarlıq) imkanları. Bu proqram, Azərbaycanın müxtəlif şəhərlərində Bolt tətbiqi vasitəsi ilə xidmət göstərən sürücülərin və kuryerlərin sahibkarlıq potensialını ortaya çıxarmaq, onlara öz ideyalarını biznesə çevirmək üçün bilik və dəstək vermək məqsədilə hazırlanmışdır.Bolt və SUP VC şirkətləri arasında imzalanmış rəsmi əməkdaşlıq müqaviləsi əsasında Azərbaycanda ilk dəfə sürücü və kuryerlərə yönəlmiş sahibkarlıq sürətləndirici proqram – “Bolt Accelerator”a start verilib.
Müqavilə Bolt şirkətinin Əməliyyatlar üzrə baş meneceri Ramil Məhərrəmov və SUP VC şirkətinin icraçı direktoru Rəşad Eyvazov tərəfindən imzalanıb.
Tədbirdə qonaq qismində Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya Ekosistemi Departamentinin rəhbəri Taleh Kərimli iştirak edib.
Proqram, eyni zamanda, Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dəstəklənir və bu təşəbbüs tərəflər arasında inkişaf, innovasiya və iqtisadi gücləndirmə sahəsində uzunmüddətli əməkdaşlığın əsasını qoyur.
Əməkdaşlıq çərçivəsində SUP VC proqramın təşkilatçılığı və mentor şəbəkəsinin qurulması, Bolt isə iştirakçıların seçimi, təlimlərin təşkili və maliyyə dəstəyi daxil olmaqla təşəbbüsün icrasına töhfə verir.
Proqram haqqında qısa məlumat:
Son müraciət tarixi: 15 avqust 2025
İştirakçı sayı: 120 nəfər seçiləcək
Qeyd edək ki, seçilmiş iştirakçılar 8 həftə ərzində onlayn təlimlərdə iştirak edəcək və imtahanda uğur göstərən 20 iştirakçı növbəti mərhələdə 4 həftə ərzində onlayn mentorluq və əyani təlimlərdə iştirak edəcəklər.
Əsas mərhələdə:
• Praktik təlimlər (şirkət qurmaq, maliyyə, marketinq, müştəri cəlbi)
• Fərdi mentorluq dəstəyi
Finalda 7 qalib seçiləcək:
• 1 nəfər – 10 000 AZN
• 1 nəfər – 7 000 AZN
• 3 nəfər – 4 500 AZN
• 2 nəfər – 3 000 AZN
Ümumi mükafat fondu: 36 500 AZN
Qaliblər daha sonra 6 həftəlik intensiv inkişaf mərhələsində iştirak edəcək və ideyalarını real müştərilərə çatdırmaq imkanı əldə edəcəklər.
Xüsusilə mobillik, nəqliyyat, şəhər infrastrukturu, rəqəmsallaşma və bu sahələrlə bağlı texnoloji layihələr üzrə sahibkarlıq təşəbbüsləri proqramın əsas fokus istiqamətlərindəndir.
Bolt Accelerator haqqında
Bolt Accelerator Bolt-un Urban Fund təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir. Bu fondun əsas məqsədi sürücü və kuryerləri iqtisadi baxımdan gücləndirmək, inkişaf üçün alətlər və imkanlar təqdim etmək, həmçinin şəhər mobilliyində innovasiyanı dəstəkləməkdir. Proqram artıq Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla tətbiq olunub və 30-dan çox biznes ideyasının həyata keçməsinə dəstək verib.
Müraciət və ətraflı məlumat: https://boltakselerator.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 d. əvvəl
-
18 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 27 d. əvvəl
-
45 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
53 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir






















