AccessBank-ın mikro və aqro kreditlər üzrə 3%-dək güzəşt kampaniyası davam edir
(®) Azərbaycanda mikro, kiçik və orta sahibkarların maliyyə tərəfdaşı kimi tanınan AccessBank yay mövsümünə özəl olaraq mikro və aqro kreditlər üzrə endirim kampaniyasını davam etdirir.
31 avqust 2025 tarixinədək davam edəcək kampaniya çərçivəsində təqdim olunan kreditlər üzrə standart faiz dərəcəsinə 3%-dək endirim tətbiq edilir. Bu güzəştlər həm mövcud, həm də yeni müştərilər üçün keçərlidir və kreditlərin daha əlverişli şərtlərlə əldə olunmasına imkan yaradır.
Kampaniyanın məqsədi sahibkarlara daha sərfəli və əlçatan maliyyə alətləri təqdim edərək onların biznesini genişləndirmək, istehsal və xidmət potensialını artırmaqdır.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda İran konfetləri məhv edilib
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA
Əhalinin 53%-i sığortalıdır - SORĞU
Azərbaycan “Saipem S.p.A.” ilə enerji və yaşıl keçid sahələrində birgə fəaliyyəti genişləndirməyi müzakirə edib
SOCAR Macarıstan şirkətilə yeni saziş imzaladı - 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək
BMW-yə yeni baş direktor təyin edilib





















.jpg)

.jpg)



