"FED sentyabrda 0,50 faiz bəndi endirimi nəzərdən keçirməlidir" - Faiz endirimi gözləntiləri artır
ABŞ Xəzinədarlıq katibi Scott Bessent bildirib ki, Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) sentyabr ayında 50 baza bəndi (0,50 faiz bəndi) faiz endirimi etmək imkanını qiymətləndirməlidir.
Marja xəbər verir ki, ABŞ-da açıqlanan inflyasiya rəqəmləri narahatlıqlarını azaldıb. Bu isə sentyabr ayında FED-in faiz endiriminə gedəcəyi gözləntilərini artırıb və qlobal səhm bazarları bu ümidlər ilə rekord səviyyələrə çatıb.
MSCI All Country World indeksi indiyədək ən yüksək səviyyəsinə çatıb. S&P 500 isə günü 1,13% artımla olmaqla rekord səviyyədə başa vurub.
Asiyada isə Yapon Nikkei 225 indeksi zirvəyə çatıb, Tayvan birjası rekorda yaxın səviyyədədir.
Bazar volatilliyi azalıb
Wall Street-in “qorxu göstəricisi” kimi tanınan Cboe Volatility Index dekabr ayından bu yana ən aşağı səviyyəyə geriləyib.
Faiz endirimi gözləntiləri artır
Bazarlarda Fed-in gələn ay faiz endiriminə gedəcəyi gözləntisi güclənir. Sentyabr ayında 0,25 faiz bəndi endirim ehtimalı svop bazarlarda təxminən 90% qiymətləndirilir. Fed-in sentyabrda 0,25 faiz bəndindən çox endirim endirəcəyi gözləntisi də artır.
BlackRock-dan Rick Rieder qeyd edib:
"İnflyasiya bir çoxlarının qorxduğundan daha aşağıdır. Nəticədə, FED-in sentyabr ayında faiz endiriminə başlamasını gözləyirik və 0,50 faiz bəndi endirim də haqlı ola bilər."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub





















