“PAŞA Sığorta”nın beynəlxalq reytinqi yüksəlib!
“AM Best” beynəlxalq reytinq agentliyi bazar payına görə ölkənin qeyri-həyat sığorta sektorunun lideri olan "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB" , maliyyə dayanıqlılığı reytinqini "B++" səviyyəsinə yüksəldib. Reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.
"PAŞA Sığorta"nın yaydığı məlumatda bildirilir ki, maliyyə sabitliyi reytinqi özündə sığortaçının maliyyə sabitliyini və gələcəkdə yaranacaq sığorta öhdəliklərinin icra edilməsi qabiliyyətini əks etdirən müstəqil rəydir. Hazırkı reytinq “PAŞA Sığorta”nın kifayət qədər maliyyə dayanıqlılığına və sığorta öhdəliklərinin qarşılanması qabiliyyətinə malik olmasını göstərir. Həmçinin şirkətin maliyyə risklərinin daha güclü idarə olunması və kapitalın dayanıqlılığı ilə bağlı müsbət dəyişiklikləri əks etdirir.
“AM Best” agentliyinin açıqlamasında bildirilir ki, “PAŞA Sığorta” 2024-cü ildə Azərbaycanın qeyri-həyat sığorta bazarında lider mövqeyə malikdir. Son illərdə şirkət daxili və xarici resurslar hesabına idarəetməni və risklərin idarə olunması çərçivəsini təkmilləşdirmək istiqamətində addımlar atıb. Şirkətin ERM (Enterprise Risk Management) səviyyəsi onun risk profilinə uyğun hesab olunur.
“PAŞA Sığorta” 2024-cü ildə 87,5% xalis/xalis məcmu əməliyyat nisbəti və 43,8% kapital gəlirliliyi (2023-cü ildə müvafiq olaraq 87,6% və 40,2%) ilə yüksək göstəricili əməliyyat nəticələri nümayiş etdirmişdir. Eyni zamanda, investisiya gəlirliliyi 2024-cü ildə 8,8% təşkil edərək (2023: 7,9%) ümumi mənfəətə müsbət təsir göstərmişdir.
Əsası 1899-cu ildə ABŞ-da qoyulmuş “AM Best” reytinq agentliyi məhz sığorta sektorunda ixtisaslaşıb və hazırda bu sektorda fəaliyyət göstərən ən nüfuzlu agentlik hesab olunur.
"PAŞA Qrup"a daxil olan “PAŞA Sığorta” 2006-cı ildən fəaliyyət göstərir. Şirkət 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























