Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI

İnvestorlar mövcud istiqrazlar üzrə sifarişlərini “ABB Mobile” tətbiqi üzərindən yerləşdirə bilərlər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank of Baku” müştərilərinə yeni maliyyə imkanları təqdim etmək məqsədilə kapital bazarında iştirakını genişləndirib. Belə ki, Bank maliyyə bazarında yeni istiqraz emissiyasını həyata keçirir.

Marja Banka istinadən xəbər verir ki, 8 sentyabr tarixində Bakı Fond Birjasında “Bank of Baku”nun manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə “Açılış Zəngi” tədbiri keçirilib. Bu istiqraz emissiyası ilə Bank həm fiziki şəxslər, həm də peşəkar investorlar üçün sərfəli və etibarlı investisiya imkanı yaratmış olur.

Bank hər birinin nominal dəyəri 100 manat olan 400.000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazı qeydiyyatdan keçirib.

Tədbiri çıxış sözü ilə açan Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov maliyyə bazarında investisiya alətlərinin çeşidlərinin artırılmasının əhəmiyyətindən danışıb. 

“Bank of Baku”nun İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında bildirib ki, “Bank of Baku” bu addımı ilə ölkə iqtisadiyyatına töhfə verməyi hədəfləyir. “Bank of Baku uzunmüddətli fəaliyyəti dövründə müştərilərinə daima fərqli məhsullar, maliyyə həlləri təklif edib. İnanıram ki, bankımızın növbəti məhsulu – istiqrazları da müştərilər və investorların böyük marağına səbəb olacaq”.

“ABB-Invest İnvestisiya Şirkəti” QSC-nin icraçı direktoru Nadir Babazadə qeyd edib ki, investorlar mövcud istiqrazlar üzrə sifarişlərini “ABB Mobile” tətbiqi üzərindən yerləşdirə bilərlər.

Tədbirin sonunda “Bank of Baku”, Bakı Fond Birjası və “ABB-Invest İnvestisiya Şirkəti”nin iştirakı ilə istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Bununla da istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə rəsmi olaraq start verilib.

Qeyd edək ki, təqdim olunan istiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi isə ilk 20 milyon manatlıq tranş üzrə 13% təşkil edir. Faiz ödənişləri hər 90 gündən bir həyata keçiriləcəkdir. İstiqrazların abunə yazılışı 19 sentyabr 2025-ci il tarixində bitəcək. 

Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən “Bank of Baku” paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.

BankofBaku BakıFondBirjası istiqrazemissiyası istiqrazticarəti AçılışZəngi kapitalbazarı investisiyaalətləri istiqrazburaxılışı manatistiqrazları 100AZNnominal 400000ədədistiqraz RuslanXəlilov HəsənQuliyev NadirBabazadə ABBInvest ABBMobile ilkinbazarticarəti 18aymüddət illik13faiz 20milyontranş faizödənişləri abunəyazılışı 19sentyabr2025 etibarlıinvestisiya sərfəliistiqrazlar fizikişəxslərininvestisiyası peşəkarinvestorlar diversifikasiya Azərbaycanmaliyyəbazarı BankofBaku145 bankofbakucom bankofbakuFacebook
08.09.2025 17:02
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18