Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

OPEC-in xam neft istehsalında artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in xam neft istehsalında artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) avqust ayında xam neft istehsalını artıraraq günlük 27 milyon 948 min barrelə çatdırıb. Ötən aya nisbətən istehsal 478 min barrel artıb.

Marja xəbər verir ki, OPEC-in aylıq bazar hesabatına görə, istehsalda ən böyük artım Səudiyyə Ərəbistanında, ən böyük azalma isə İranda qeydə alınıb. Səudiyyə Ərəbistanında istehsal 258 min barrel artaraq 9 milyon 709 min barrelə çatıb, İranın istehsalı isə 27 min barrel azalararaq 3 milyon 218 min barrel olub.

Bununla yanaşı, OPEC və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun ümumi xam neft istehsalı günlük 42 milyon 400 min barrelə yüksələrək 509 min barrel artıb.

OPEC 2025-ci il tələbat proqnozunu saxlayıb

OPEC bu il üçün qlobal neft tələbatının artım proqnozunu dəyişməyib. Hesabatda bildirilir ki, qlobal tələbat bu il keçən ilə nisbətən gündəlik təxminən 1 milyon 290 min barrel artaraq 105 milyon 140 min barrelə çatacaq.

Tələbat artımının 1 milyon 150 min barrelinin OECD xaricindəki ölkələrdən, 140 min barrelinin isə OECD ölkələrindən olacağı proqnozlaşdırılır. Ümumi tələbatın gündəlik 59 milyon 310 min barrelinin OECD xarici ölkələrdən, 45 milyon 830 min barrelinin isə OECD ölkələrindən qaynaqlanacağı qeyd olunur.

OPEC gələcək il üçün də qlobal neft tələbat proqnozunu əvvəlki hesabatla eyni səviyyədə saxlayıb. 2026-cı ildə qlobal tələbatın gündəlik təxminən 1 milyon 380 min barrel artaraq 106 milyon 520 min barrelə çatacağı gözlənilir. OECD ölkələrində tələbat artımında Amerika bölgəsinin öndə olacağı, Qeyri-OECD ölkələrdə isə digər Asiya ölkələri ilə Hindistan və Çin-in əsas rol oynayacağı bildirilib.

Proqnoza görə, 2026-cı ildə tələbatın OECD-yə daxil olmayn ölkələrdə gündəlik 60 milyon 540 min barrel, OECD ölkələrində isə 45 milyon 970 min barrel səviyyəsində olacağı gözlənilir.

OPEC xam neft istehsalı Avqust 2025 Səudiyyə Ərəbistanı İran OPEC+ gündəlik istehsal qlobal neft tələbatı 2025 tələbat proqnozu OECD OECD xarici ölkələr 2026 tələbat proqnozu Hindistan Çin Asiya ölkələri neft bazarı enerji xəbərləri
11.09.2025 17:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18