Komitə sədri: Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir
Bələdiyyələrin hər biri öz ərazilərində qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər.Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Tahir Rzayev deyib.
“Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu mənada bələdiyyələr çox böyük rol oynaya bilər. Bələdiyyələrin hər biri öz ərazilərində qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bundan həm də bələdiyyə qazana bilər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür”, - deyə komitə sədri qeyd edib.
Deputat Azər Badamov isə mal-qaranın sayının azalmasının səbəblərindən birinin peyvəndlənmə olduğunu söyləyib:
“Peyvəndlər alınır və yerlərə göndərilir. Amma o peyvəndlənmənin hansı səviyyədə aparılmasına nəzarətin həyata keçirilməsində boşluqlar var. Bu boşluq da ölkədə həmin sahədə olan baytar mütəxəssislərin azlığı ilə bağlıdır. Regionlarda, yerlərdə peyvəndlənmənin aparılması üçün kifayət qədər baytar yoxdur. Dövlət qurumu peyvəndləri idarələrə göndərir, rayon idarələri isə fərdi baytarlarla müqavilələr bağlayaraq bu işi icra edirlər. Lakin özəl fəaliyyət göstərən baytarların gördükləri işlər üzərində bir nəzarət mexanizmi yoxdur. Onlar həmçinin fiziki cəhətdən də peyvəndlənmənin geniş şəkildə aparılmasına qadir deyillər. Özəl baytarların maddi-texniki bazası soyuq zəncirin qorunub saxlanılmasına imkan vermir. Heyvanlarının sayının azalmasının səbəblərindən biri də bu məsələdir”.
© APA
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"


















