AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək, bununla gələcək buraxılışlara yol açacaq.
Bunu EBRD-nin istiqrazlar, Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mixail Qreçixo bildirib.
EBRD rəsmisinin sözlərinə görə, bu, yalnız başlanğıcdır:
"Biz bununla kifayətlənməyəcəyik və əminəm ki, bu əməliyyat həm bizim, həm də digər beynəlxalq maliyyə institutlarının gələcək buraxılışlarına yol açacaq. Mən əminəm ki, onlar bir qədər qısqanacaq və bu əməliyyatdan sonra bizim ardımızca gələcəklər. Bu əməliyyat müxtəlif maraqlı tərəflərin əla əməkdaşlığı olmadan mümkün olmazdı. Mən AMB-yə və şəxsən Taleh Kazımova dərin təşəkkürümü bildirmək istəyirəm. Həmçinin BFB-yə, MDM-ə və bizimlə birlikdə çalışan dəyərli tərəfdaş "Dentons" şirkətinə təşəkkür edirəm. Ümid edirəm ki, bu istiqrazlar tam şəkildə yerləşdiriləcək və gələcəkdə daha da iddialı uğurları birlikdə qazanmağımızı səbirsizliklə gözləyirəm".
AMB: EBRD-nin istiqraz emissiyası bazarda pul transmissiyasının daha yaxşı işləməsi deməkdir
Azərbaycan Mərkəzi Bankı (AMB) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) istiqraz emissiyasına bazarda pul transmissiyasının daha yaxşı işləməsi kimi baxır.
Bunu AMB-nin baş direktoru Tərlan Rəsulov istiqrazların yerləşdirilməsi ilə bağlı "Açılış zəngi" tədbirində bildirib.
Onun sözlərinə görə, bu, investorlar üçün şəffaflığın artırılması və faiz dərəcələrinin daha yaxşı idarə edilməsi deməkdir:
"Bütövlükdə AMB olaraq kapital bazarlarında genişmiqyaslı islahatlar davam edir. Bununla bağlı məsələlər 2030-cu il strategiyasında da öz əksini tapacaq. AMB üçün kapital bazarlarının inkişafı prioritet olaraq qalır. EBRD-nin istiqraz emissiyası təkcə maliyyə bazarlarına deyil, həm də Azərbaycan iqtisadiyyatına inamın göstəricisidir, bizim üçün təcrübədir, beynəlxalq standartlara uyğunluqdur".
Qeyd edək ki, "Avropa Yenidənqurma və İnkişaf Bankı”nın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılıb. Faizli, təminatsız, sənədsiz, adlı istiqrazların sayı 500 ədəd, ilkin ticarət qiyməti 100 min manat, tədavül müddəti 1 ildir. Faiz ödənişləri göstərilmiş tarixlərdə (1 yanvar 2026; 1 aprel 2026; 1 iyul 2026 və 1 oktyabr 2026) rüblük olaraq həyata keçirilirəcək. Anderrayterlər “ABB-İnvest İ.Ş.” QSC və “Unicapital İ.Ş.” ASC-dir. İstiqrazların illik faizi Azərbaycan Banklararası Faiz Dərəcəsi (AZIR) əsasında müəyyən olunacaq.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
2 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
3 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
3 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb



















