"Tikintiyə icazə ilə bağlı sahibkarların üzləşdiyi müəyyən çətinliklər qalır"
Azərbaycanda tikinti və istismar icazələrinin verilməsi prosesində sahibkarların üzləşdiyi müəyyən çətinliklər hələ də qalmaqdadır.
Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin təşkilatçılığı ilə keçirilən "Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması imkanları" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, cari il ərzində agentliyə tikinti sektoruna dair bir sıra müraciətlər daxil olub: "Onların böyük əksəriyyəti müvafiq icazələrin verilməsi ilə bağlıdır. Bundan əlavə, müraciətlər mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı yaranan çətinlikləri, tikinti aparılan sahədə ağacların köçürülməsi məsələlərini, tikinti materiallarının istehsalı üçün ‘Dağ-mədən ayırması" aktının əldə olunmasını, həmçinin sahibkarlara məxsus torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı problemləri əhatə edib".
O.Məmmədov qeyd edib ki, icazə prosedurlarında dəyişikliklər sahibkarların fəaliyyətinə təsir baxımından əvvəlcədən ciddi təhlillər əsasında qiymətləndirilməli, müraciətlərin qəbulu və cavablandırılması üçün vahid elektron platforma tam funksional şəkildə tətbiq olunmalıdır: "Eyni zamanda, KOB-ların vaxt və vəsait itkilərinin azaldılması üçün rəqəmsal həllər, innovativ yanaşmalar və pilot layihələr dəstəklənməlidir".
"Sahibkarlar tikinti icazələrinin verilmə prosedurlarının sadələşdirilməsini gözləyirlər"
Azərbaycanda tikinti icazələrinin verilməsi ilə bağlı prosedurların sadələşdirilməsi və müddətlərin azaldılmasına ehtiyac var.
Bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması imkanları" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda tikinti icazələrinin verilməsi üçün 18 prosedurun icrası orta hesabla 100-112 gün tələb olunurdu: "Hazırda bu göstəricilər əhəmiyyətli dərəcədə azaldılaraq 9 prosedur və 40 günə endirilib".
M.Musayev əlavə edib ki, 2025-ci ilin ilk yarısında bu müddət 98 günə qədər azaldılsa da, sahibkarlar prosedurların daha da sadələşdirilməsini və çevikliyin artırılmasını gözləyirlər: "Hazırda sahibkarlar tikinti və icazələrlə bağlı məsələləri müxtəlif dövlət qurumlarına yönləndirmək məcburiyyətində qalır ki, bu da prosesin uzanmasına və hüquqi qeyri-müəyyənliklərin yaranmasına səbəb olur".
Tikintiyə icazənin əvvəllər yubanmasının səbəbləri açıqlanıb
Azərbaycanda tikintiyə icazə prosesində əvvəlki yubanmalar əsasən texniki və keçid dövrü səbəbləri ilə bağlı olub.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması ilə bağlı imkanlar" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, son illər elektron tikinti portalının müxtəlif dövlət qurumları ilə inteqrasiyası vaxt aparsa da, artıq sistem tam formalaşdırılıb və stabil işləyir: "Əvvəllər inteqrasiya olunmuş dövlət qurumlarının texniki imkanları və prosedur uyğunluqları səbəbindən müəyyən yubanmalar müşahidə olunurdu. Lakin bu proses artıq yoluna düşüb. Əlavə olaraq, açıq rejimdə sənədlərdə çatışmazlıq aşkarlanarsa, həmin gün sifarişçiyə yönləndirilir və sənədin yenidən yüklənməsi təmin edilir".
R. Qasımov qeyd edib ki, sahibkarlar və vətəndaşların elektron sistemlə tanışlığı da müəyyən vaxt tələb edib: "Bəzi hallarda sahibkar icazənin verilmədiyini iddia etsə də, araşdırmalar zamanı sənədlərin portala tam yüklənmədiyi üzə çıxırdı. Bu kimi məsələlərin qarşısını almaq üçün komitə mütəmadi görüşlər keçirir, rəsmi kanallarla məlumatlandırma aparır".
© "Report"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























