Mərkəzi Bank xəbərdarlıq məktubları göndərir, illik hesabtları təqdim etməyənlər məsuliyyətə cəlb olunur
Mərkəzi Bank "Emitentlər tərəfindən illik hesabatların təqdim edilməməsi ilə bağlı tədbirlər" başlıqlı məlumat yayıb.
Qeyd edilib ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq onun səhmdarlarının ümumi yığıncağı tərəfindən təsdiq edilir. Hesabatlar həmin tarixdən etibarən 10 gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) təqdim olunur. AMB tərəfindən hesabatın açıqlanmasının dayandırılması haqqında göstəriş verilmədikdə, səhmdar cəmiyyəti təqdim etdiyi tarixdən etibarən 30 gün ərzində illik hesabatının öz internet səhifəsində (olduqda) və mediada açıqlanmasını təmin etməlidir.
Qanunvericiliyin tələblərinə əsasən emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır.
Səhmdar cəmiyyətləri cari il üzrə sahibkarlıq fəaliyyətini dayandırdığı halda bu barədə səhmdar cəmiyyətinin ümumi yığıncağının qərarı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq Dövlət Vergi Xidmətinə təqdim edilmiş arayış əlavə olunmaqla AMB-yə məlumat verilməsi tövsiyə olunur.
Emitentlərin nəzərinə çatdırılır ki, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində illik hesabatlarını təqdim etməyən səhmdar cəmiyyətlərinə AMB tərəfindən xəbərdarlıq məktubları göndərilir. Sözügedən illik hesabtların AMB-yə təqdim edilməsi və açıqlanması təmin olunmadıqda, qeyd olunan hərəkətsizliyə (qanun pozuntusuna) görə emitentlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlar nəzərə alınaraq səhmdar cəmiyyətləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmalıdır.
Mövzu ilə bağlı əlavə suallar yarandığı təqdirdə AMB-nin 966 “Çağrı Mərkəzi” ilə əlaqə saxlanıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















