Tramp-Putin görüşündən öncə neft qiymətləri düşür
Azərbaycan neftinin qiyməti 63 dollara düşüb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 1,73 % azalaraq 63,15 ABŞ dolları təşkil edib.
XXX
Neft bazarlarında ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Ukraynadakı münaqişəni sona çatdırmaq üçün Macarıstanda görüş qərarının açıqlanmasının ardından cümə günü erkən saatlarda qiymətlər az da olsa ucuzlaşıb və həftəlik itkini davam etdirib.
Bakı vaxtı ilə saat 11:20-yə olan məlumata görə, Brent markalı neftin fyuçers qiyməti 60,94 dollar səviyyəsinə düşərək 0,20% azalıb, ABŞ ham nefti (WTI) isə 0,16% ucuzlaşaraq 57,37 dollardan ticarət olunub.
Tramp və Putin, cümə axşamı Ukrayna münaqişəsi ilə bağlı yeni zirvə görüşünün təşkil olunması barədə razılığa gəliblər. Bu gözlənilməz addım, Moskvanın Vaşinqtonun Kiyevə əlavə hərbi dəstək verməsindən narahat olduğu bir dönəmə təsadüf edir. Görüşün iki həftə ərzində Budapeştdə keçirilməsi gözlənilir.
Eyni vaxtda, Ukrayna Prezidenti Volodimir Zelenskiy cümə günü Ağ Saraya gedərək, ABŞ istehsalı olan Tomahawk uzaqmənzilli raketləri də daxil olmaqla əlavə hərbi dəstək tələb edəcək. Vaşinqton isə Hindistan və Çinə Rusiyadan neft alışını dayandırmaları üçün təzyiq göstərməyə davam edir.
ANZ analisti Daniel Hynes bildirib ki, “Ukraynadakı münaqişənin sona çatdırılmasını müzakirə etmək üçün Tramp və Putin arasında görüşün açıqlanması neft təklifinin daha da azalacağına dair narahatlıqları azaldıb.”
Qiymətlərə təzyiq edən digər amil isə ABŞ Enerji Məlumatları İdarəsi (EIA) tərəfindən açıqlanan son məlumatlardır. EIA bildirir ki, ABŞ ham neft ehtiyatları keçən həftə 3,5 milyon barel artaraq 423,8 milyon varil səviyyəsinə yüksəlib.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
12 d. əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
24 d. əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
-
38 d. əvvəl
SOCAR Afrikada neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
-
1 saat əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Türkiyə Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
2 saat əvvəl
Azərbaycanda “Roblox” oyun platformasına qarşı konkret tədbirlər görülə bilər
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
“Bank BTB”nin əməliyyat mənfəəti 11 faizdən çox artıb
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
Tramp Qrenlandiya ilə bağlı gömrük vergilərinin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü

























