Bank Respublika müştəriləri onlayn təhlükələrə qarşı ayıq olmağa çağırır!
Bank Respublika müştəri məlumatlarının qorunmasını prioritet sayır(®) Hər il oktyabr ayında dünyada “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” qeyd olunur. Bu qlobal təşəbbüsün məqsədi həm fərdi, həm də korporativ mühitdə istifadəçilərin onlayn təhlükələrdən qorunması üçün maarifləndirmə səylərini gücləndirmək, təhlükəsiz rəqəmsal davranış mədəniyyətini formalaşdırmaqdır.
Bank Respublika bu təşəbbüsə qoşularaq bildirir ki, təhlükəsizlik ilk olaraq Sizdən başlayır. Rəqəmsal mühitdə təhlükəsiz davranış gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir. Bank müasir bankçılığın inkişafı ilə yanaşı, müştəri məlumatlarının qorunması və təhlükəsiz əməliyyat mühitinin təmin edilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirir.
Bank Respublika müştəri məlumatlarının qorunması və rəqəmsal əməliyyatların təhlükəsizliyinin təmin olunması üçün müasir texnoloji həllər, çoxsəviyyəli daxili təhlükəsizlik protokolları və davamlı maarifləndirmə təşəbbüsləri həyata keçirir.
Bank Respublika müştərilərə kibertəhlükələrdən qorunmaq üçün aşağıdakı sadə, lakin vacib addımları tövsiyə edir:
• Şəxsi məlumatlarınızı paylaşmayın
• Bank Respublika heç vaxt telefon və ya mesaj vasitəsilə PIN, şifrə, SMS kod kimi məlumatları tələb etmir
• Klik etməzdən əvvəl düşünün
• Naməlum linklərə və fayllara keçid etməzdən əvvəl mənbənin etibarlılığını yoxlayın
• Hesablarınızı gücləndirin
• Çoxfaktorlu autentifikasiya (MFA) və unikal parol hesabınızın ən güclü qoruma üsuludur
• Kart məlumatlarınızı qoruyun
• Kart nömrəsi, CVV və PIN yalnız sizə məxsusdur. Onları paylaşmaq maliyyə risklərinə səbəb ola bilər
•Bildirişləri aktiv saxlayın
• SMS və push bildirişləri şübhəli əməliyyatları dərhal görməyə kömək edir
• Yalançı lotereya və müsabiqələrə inanmayın
•Bank adından yayılan saxta kampaniyalara aldanmayın. Yalnız Bank Respublika-nın rəsmi səhifələrində qeyd olunan məlumatlara etibar edin
• Təhlükəsiz şəbəkədən istifadə edin
• İctimai Wi-Fi üzərindən bank əməliyyatları aparmaq risklidir. Yalnız etibarlı bağlantılardan istifadə edin
• Mobil tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin
• App Store və ya Google Play-dən kənar mənbələrdən yüklənən tətbiqlər təhlükə yarada bilər.
•Sosial şəbəkələrdə ehtiyatlı olun
• Ad günü, ünvan və digər şəxsi məlumatları paylaşmaq dələduzlara fürsət yarada bilər
Bank Respublika hər kəsi rəqəmsal mühitdə məsuliyyətli davranmağa, təhlükəsizlik qaydalarına əməl etməyə və şəxsi məlumatlarını qorumağa çağırır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
9 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçib – Gəlirləri 2 dəfəyə yaxın artıb
-
- 30 d. əvvəl
- 42 d. əvvəl
- 42 d. əvvəl
-
9 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
14 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
15 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Ən çox oxunanlar
Qızıl kreditini bu banka gətirənlərə endirim var
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib












.webp)











