Qarabağ Dirçəliş Fondu tut bağının salınmasına maliyyə dəstəyi ayırıb
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub. Əraziyə baxış keçirən dövlət başçısına görülmüş işlər barədə məlumat verilib.
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən icra olunan layihənin məqsədi Xocalı rayonunda ekoloji tarazlığın bərpası və yeni yaşıllıqların salınması ilə yanaşı, bu ərazidə baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, eləcə də yeni iş yerləri yaratmaqla rayona köçürülmüş əhalinin məşğulluğunun təmin edilməsidir.
Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılan 693 min 607 manat məbləğində maliyyə dəstəyi (qrant) ilə həyata keçirilən bu layihənin birinci mərhələsinə uyğun olaraq hər hektara 10 min tut tingi olmaqla, ümumilikdə 13 hektar ərazidə Çin Xalq Respublikasından idxal olunmuş 130 min ağacın əkilməsi təmin edilib ki, bununla da ipəkqurdunun yem ehtiyatı formalaşdırılıb.
Bu barədə Qarabağ Dirçəliş Fondu məlumat yayıb.
Eyni zamanda tut bağında müasir damcılı suvarma sistemi yaradılıb.
Qeyd olunub ki, növbəti aylarda layihənin ikinci mərhələsi çərçivəsində əlavə olaraq 150 hektar ərazidə Çin Xalq Respublikasından idxal olunan daha 1,5 milyon tut tinginin əkilməsi nəzərdə tutulub.
Eyni zamanda layihə çərçivəsində ipəkçiliyin inkişaf etdirilməsi, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi və yaş barama istehsalının təşkili, eləcə də məhsulun emalı üçün müvafiq infrastrukturun yaradılması planlaşdırılır.
Hazırda ərazidə torpağın şumlanması, dərmanlanması və alaq bitkilərdən təmizlənməsi işləri icra olunur.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası, eləcə də doğma yurdlarına qayıdan insanlar üçün yeni iş yerlərinin yaradılması və iqtisadi inkişafın təmin edilməsi ilə bağlı görülən işlərə maliyyə dəstəyinin göstərilməsi Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 d. əvvəl
-
- 6 d. əvvəl
-
21 d. əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
1 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
McDonald’s yenə təəccübləndirdi...
Rəsmi məzənnələr açıqlandı
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
Ən çox oxunanlar
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























