Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 17%-dən 16,5%-ə endirib.Rusiya Mərkəzi Bankı uçot dərəcəsinin azaldılması barədə qərar qəbul edib.
Marja xəbər verir ki, Bank faiz dərəcəsini 0,50 faiz bəndi azaldaraq 17%-dən 16,5% səviyyəsinə endirib. Bu, ardıcıl olaraq dördüncü faiz endirimi olub.
Gözləntilər fərqli idi
Bloomberg sorğusunda iştirak edən iqtisadçıların ortalama proqnozuna görə, Mərkəzi Bankın faizi 1.00 faiz bəndi azaldaraq 16%-ə endirəcəyi gözlənilirdi. İqtisadçıların yarısı faiz endirimi olacağını, digər yarısı isə dərəcənin sabit qalacağını proqnozlaşdırırdı.
Rusiya Mərkəzi Bankı 2025-ci ilin iyun ayından etibarən keçirilən son üç iclasda uçot dərəcəsini azaldıb. 2024-cü ilin oktyabrından 2025-ci ilin may ayının sonuna qədər isə ardıcıl 8 iclasda faiz dərəcəsi dəyişməz qalmışdı.
Mərkəzi Bankdan xəbərdarlıq: inflyasiya gözləntiləri hələ də yüksəkdir
Tənzimləyici qurum bildirib ki, inflyasiya gözləntiləri hələ də yüksək səviyyədədir və bu amil inflyasiyanın davamlı şəkildə zəifləməsinə mane ola bilər.
Benzin qiymətləri inflyasiyanı artırır
Bundan əlavə, yanacaq qıtlığı və planlaşdırılan vergi artımı kimi müxtəlif amillərin də inflyasiyaya təzyiqləri artıracağı və illik 4%-lik inflyasiya hədəfinə çatmağı çətinləşdirəcəyi qeyd olunur.
Sentyabr ayında benzin qiymətləri 3%, oktyabrda isə 2% artıb.
Mərkəzi Bankın hesablamalarına görə, artan müdafiə xərclərini maliyyələşdirmək üçün 2026-cı ildə əlavə dəyər vergisinin (ƏDV) 20%-dən 22%-ə qaldırılması planı istehlak qiymətlərinin artımına 0,6–0,8 faiz bəndi səviyyəsində təsir göstərəcək.
Rusiya Mərkəzi Bankı növbəti faiz qərarını 19 dekabrda açıqlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























