970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azercell ilə “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell ilə “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanın startap ekosistemində mələk investorluğun inkişafına önəmli töhfə verən “Mələk İnvestorlar Məktəbi” bu il Azercell-in dəstəyi ilə daha geniş və interaktiv proqramla keçiriləcək. Təlim 4-6 noyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq.

Proqram çərçivəsində ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirakçılarla praktik biliklərini paylaşacaq, startap portfellərinin formalaşdırılması, düzgün seçimlər və uğurlu investisiya strategiyaları barədə dəyərli tövsiyələr verəcəklər. Sessiyalar ingilis dilində keçiriləcək.

2024-cü ildə layihə artıq 200-dən çox potensial investora təlim keçmiş, onların “SABAH Angels” klubuna üzvlüyünü təmin etmiş və startaplara yüz minlərlə dollar investisiya yönləndirmişdi. Bu il isə proqram daha böyük və interaktiv şəkildə təşkil olunacaq.

Təlimi tamamlayan və sonrakı altı ay ərzində startaplara investisiya edən iştirakçılar arasında püşkatma keçiriləcək. Beş qalib 2026-cı ildə Silikon Vadisinə bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanmaqla səfər etmək imkanı qazanacaq.

Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və SABAH Angels klubunun dəstəyi ilə həyata keçirilir.

Ətraflı məlumat üçün: www.angelinvestor.az

03.11.2025 08:06

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18