Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holding” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi
Parkın tikintisinə 114.5 milyon manat sərf olunub. Muzeyin inşası üçün 59.5 milyon manat vəsait ayrılıb.2025-ci il noyabrın 6-da “PAŞA Holding” və Bakı Şəhər İcra Hakimiyyəti arasında Razılaşma protokolu imzalanıb.
Protokola əsasən “PAŞA Holding”in maliyyə dəstəyi ilə inşa edilmiş Zəfər Parkı və Zəfər Muzeyi Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib. Sənədi “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov imzalayıblar.
Zəfər Muzeyi 2024-cü ildə tikilmiş Zəfər Parkının ərazisində yerləşir. Hər iki layihənin inşası Azərbaycan xalqının 2020-ci ildə əldə etdiyi tarixi Qələbəni və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.
Zəfər Parkının ümumi ərazisi 9.16 hektar, yaşıllıq zonaları isə 4.24 hektar təşkil edir. Layihə çərçivəsində 44 metr hündürlüyündə Zəfər tağı, 9.9 metr hündürlüyündə memorial abidə, həmçinin şəhidlərin adlarının yazıldığı 8.8 metr hündürlüyündə xatirə divarı inşa edilib. Parkın tikintisinə 114.5 milyon AZN vəsait sərf olunub.
Zəfər Muzeyinin ümumi sahəsi 4278 m² olan bina, 8 sərgi zalı, auditorium zonası (90.7 m²) və s. ilə ziyarətçilərin istifadəsinə təqdim olunacaq. Muzeyin inşası üçün 59.5 milyon AZN məbləğində vəsait ayrılıb.
Tarixi Zəfərimiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün Azərbaycan xalqı kimi, “PAŞA Holding” üçün də xüsusi önəm kəsb edir. İstər işgüzar fəaliyyəti, istərsə də sosial məsuliyyət təşəbbüslərində “PAŞA Holding” bu mövzulara daim diqqət və həssaslıqla yanaşır.
“PAŞA Holding” 2021-ci ildən etibarən azad olunmuş ərazilərin bərpa və yenidənqurma prosesində fəal iştirak edir. Xüsusilə tarixi, dini və mədəni irsin qorunması istiqamətində Holding bir sıra mühüm layihələrə dəstək verib. Şirkətin maliyyə dəstəyi ilə Aşağı Gövhərağa, Yuxarı Gövhərağa, Saatlı məscidi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi bərpa olunub. Həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə Suqovuşan məscidi, Zəngilan məscidi, Hadrut məscidi və Daşaltı məscidi inşa edilib. Qeyd edək ki, hal-hazırda Şuşa, Cəbrayıl və Laçın məscidlərinin inşası davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
29 d. əvvəl
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
-
3 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
3 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
Əliyevlə Tramp arasında görüş keçirilib
Ən çox oxunanlar
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib





















