970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şəmkirdə dəmir ilə bağlı zavod tikiləcək - İlkin müzakirələr aparılıb

Bu məqsədlə əsas kredit vəsaitlərinin Çin bazarından cəlb edilməsi məsələlərinə də toxunulub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəmkirdə dəmir ilə bağlı zavod tikiləcək -  İlkin müzakirələr aparılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Azerbaijan Metal Company” MMC-nin rəhbər heyəti ilə “China Export & Credit Insurance Corporation” (Sinosure) və “Sinosteel Equipment & Engineering Co., Ltd” (Sinosteel) şirkətinin nümayəndələri arasında görüş keçirilib.

Qeyd edək ki, “Sinosure” Çin Xalq Respublikasının ixrac-sığorta agentliyi, “Sinosteel” isə mədənçilik,  emal və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir.

Marja xəbər verir ki, görüş çərçivəsində tərəflər Şəmkir rayonu ərazisində tikiləcək isti briketlənmiş dəmir (İBD) zavodunun inşasının icrası üçün texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədi hazırlanması istiqamətində ilkin müzakirələr aparıb. 

Müzakirələr zamanı layihənin texniki detalları ilə yanaşı, maliyyələşmə mexanizmlərinin müəyyənləşdirilməsi və bu məqsədlə əsas kredit vəsaitlərinin Çin bazarından cəlb edilməsi məsələlərinə də toxunulub. “Sinosure” şirkətinin nümayəndələri təklif olunan maliyyə mexanizmini dəstəklədiklərini vurğulayıblar.

Görüşdə tərəflər layihənin icrasına dair gələcək əməkdaşlıq istiqamətləri ətrafında da geniş fikir mübadiləsi aparıblar. 

Xatırladaq ki, “Azerbaijan Metal Company” DDF MMC və Qazaxıstanın “Fonte GreenMet  Investments Fund OEIC Limited” şirkəti tərəfindən  təsis edilmiş “Azerbaijan Metal Company” illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və gələcək istismarına məsul olan birgə müəssisədir. Qeyd edək ki, Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin ortalarında istismara verilməsi planlaşdırılır.

 

AzerGold Zakir İbrahimov Daşkəsən Dəmir Filiz MMC Ceyhun Əliyev Azerbaijan Metal Company Sinosure Sinosteel Çin nümayəndə heyəti Çin Xalq Respublikası Sinosteel Group Corporation Limited Şəmkir isti briketlənmiş dəmir zavodu İBD zavodu texniki-iqtisadi əsaslandırma TİƏ sənədi maliyyələşmə mexanizmləri Çin bazarı kredit vəsaitləri metallurgiya mədənçilik emal sənayesi sənaye əməkdaşlığı beynəlxalq tərəfdaşlıq Fonte GreenMet Investments Fund Qazaxıstan şirkəti Şəmkir sənaye layihəsi 2029 zavod istismarı metal sənayesi iqtisadi əməkdaşlıq Çin-Azərbaycan münasibətləri.
12.11.2025 10:07
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
SOCAR yeni şirkət yaradıb
SOCAR yeni şirkət yaradıb
12.11.2025 15:43
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18