Azərbaycan bankı Niderland bankından 25 milyon dollar kredit cəlb etdi
Azərbaycanın mikro, kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsində ixtisaslaşmış aparıcı maliyyə institutlarından biri olan AccessBank, Niderland İnkişafı Bankı (FMO – Nederlandse Financierings-Maatschappij voor Ontwikkelingslanden N.V.) ilə 25 milyon ABŞ dolları məbləğində üçillik kredit müqaviləsinin imzalandığıı elan edib.
Marja.az Banka istinadən xəbər verir ki, bu vəsaitlər Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsinə sərf olunacaq, xüsusilə qadınlar, gənclər və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların maliyyə imkanlarının genişləndirilməsinə töhfə verəcək. Bu təşəbbüs tam şəkildə “Bərabərsizliyin azaldılması” proqramının prinsiplərinə uyğun təsnifləşdirilib və ayrılan vəsaitin 100%-i ölkədə inklüziv və davamlı iqtisadi inkişafın təşviqinə yönəlib.
FMO – Niderland İnkişaf Bankıdır. İrimiqyaslı təsir investoru kimi FMO inkişaf etməkdə olan ölkələrdə və yeni bazarlarda dayanıqlı özəl sektorun inkişafını dəstəkləyir, həmçinin ambisiyalı layihələrə və sahibkarlara sərmayə yatırır.
FMO inanır ki, güclü özəl sektor iqtisadi və sosial inkişafın əsasını təşkil edir. Bank 55 ildən artıq təcrübəyə malikdir və sahibkarları gücləndirməklə yerli iqtisadiyyatların daha inklüziv, məhsuldar və davamlı olmasına töhfə verir. FMO yüksək inkişaf təsirinə malik üç əsas sektora fokuslanır: kənd təsərrüfatı, qida və meşə təsərrüfatı; enerji; maliyyə institutları. Bankın ümumi portfeli təxminən 13,5 milyard avro təşkil edir və 85-dən çox ölkəni əhatə edir. FMO bu göstəricilərlə dünyada ən iri ikitərəfli özəl sektor inkişaf banklarından biri hesab olunur.
Bu əməkdaşlıq vasitəsilə AccessBank Azərbaycanda sahibkarlığın dəstəklənməsi, “yaşıl” təşəbbüslərin inkişafı və dayanıqlı iqtisadi artımın təşviqi istiqamətindəki missiyasını daha da gücləndirir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
17 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
17 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
18 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 19 saat əvvəl
-
20 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu






















