İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
Nəhəng bankadan dollar/TL və avro/TL üçün 2026 proqnozu.Almaniyanın nəhəng bankalarından biri olan Commerzbank, Türkiyə lirəsinə (TL) dair yeni məzənnə proqnozlarını açıqlayıb və həm dollar/TL, həm də avro/TL üçün qarşıdakı dövrdə tədrici, lakin nəzərəçarpacaq dəyər itkisinin gözlənildiyini bildirib.
Marja xəbər verir ki, Banka görə, dollar/TL 2026-cı ildə 30%, avro/TL isə 36,5% artacaq.
Commerzbank, Türk lirəsinə dair yeni məzənnə proqnozlarını açıqlayaraq qarşıdakı dövrlərdə həm dollar/TL, həm də avro/TL-də mərhələli, lakin aydın bir yüksəliş gözlədiyini qeyd edib.
Dollar/TL 2027-ci ildə 57 lirə olacaq
Bankın yenilənmiş proqnozlarına əsasən:
2025 dekabr: 44,00 TL
2026 mart: 45,00 TL
2026 iyun: 50,00 TL
2026 dekabr: 55,00 TL
2027 dekabr: 57,00 TL
Hesabatda bildirilib ki, dollar/TL il ərzində nəzarətli şəkildə yüksəlişini davam etdirəcək və 2026-cı ildən etibarən artım sürətlənəcək. Cari məzənnə göstəricilərinə əsasən, dollar/TL hazırda 42,32 lirə səviyyəsindədir. Commerzbank-ın proqnozuna görə, dollar/TL məzənnəsi 2026-cı ildə təxminən 30% yüksələcək.
Avro/TL üçün 2026-da 60 TL həddi
Avroya dair proqnozlar da diqqət çəkir:
2025 dekabr: 51,48 TL
2026 mart: 53,55 TL
2026 iyun: 60,00 TL
2026 dekabr: 67,10 TL
2027 dekabr: 68,40 TL
Cari məzənnə məlumatlarına görə, avro 49,15 TL səviyyəsində ticarət olunur. Commerzbank-ın təxmininə əsasən, avro/TL bir il ərzində 36,5% yüksələcək.
Commerzbank qeyd edir ki, avro/TL xüsusilə 2026-cı ilin ortalarından etibarən sürətli yüksəliş yaşayacaq, 2027-ci ildə isə 70 TL həddinə yaxınlaşacaq.
Yüksəlişin səbəbləri
Bankın qiymətləndirməsinə görə, məzənnələrdə bu artım gözləntiləri:
inflyasiya mənzərəsi,
xarici maliyyələşmə ehtiyacı,
qlobal pul siyasətlərindəki qeyri-müəyyənliklər ilə bağlı olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)

