Bu saytı bank filialı da adlandırmaq olar - ABB yeni korporativ saytını təqdim etdi
Fəaliyyətini müasir çağırışlara uyğun daim təkmilləşdirən ABB daha bir yeniliyini təqdim edib.
Bank yeni inkişaf konseptinə uyğunlaşdırılmış korporativ saytını istifadəyə verib. Müasir qlobal standartlara uyğun hazırlanmış sayt modern dizaynı, təkmil strukturu, istifadəsinin rahatlığı ilə fərqlənir.
Saytda bölmələrin sayı optimallaşdırılıb, lazımı məlumatların tapılması daha sadə, asan və sürətli olub.
Funksionallığına görə yeni saytı ABB-nin onlayn filialı da adlandırmaq mümkündür. Belə ki, burada ABB-nin müxtəlif çeşidli məhsul və xidmətləri barədə ətraflı məlumat almaqla yanaşı, bu məhsul və xidmətləri sayt üzərindən tam rəqəmsal təcrübə ilə sifariş vermək mümkündür. Fərdi müştərilər, bizneslər burada internet bankçılığın geniş imkanlarından faydalana bilərlər.
Müştəriləri ilə danışan bank – ABB-nin Virtual assistenti Bankın yeni saytında da 7/24 rejimində istifadəçilərin bütün suallarını cavablandırır, onlar kömək göstərir. Bankın xidmət və məhsullarından başqa, əsas strateji hədəfləri, mühüm yenilikləri, idarəetmə sistemi, investorlarla əlaqələri və s. barədə məlumatları, ABB-nin geniş hesabatlarını da saytdan əldə etmək mümkündür.
Yeni sayt müştəri məmnuniyyətinin artırılmasına, şəffaflığa, ABB-nin xidmət və məhsullarının əlçatanlığına, maraqlı tərəflərlə kommunikasiyaların daha da genişlənməsinə xidmət edəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















