Kriptovalyuta bazarlarında itkilər 1 trilyon dolları aşdı
Kriptovalyuta bazarlarında son günlər baş verən kəskin eniş dünən yeni mərhələyə keçib və Bitcoin son yeddi ayın ən aşağı səviyyəsinə düşüb. Marja.az xəbər verir ki, mumi kriptovalyuta bazarında yaşanan dəyər itkisi isə 1 trilyon dolları keçib.
Nvidia-nın güclü gəlir proqnozu açıqlamasından sonra kriptovalyutaların qiymətləri günün sonuna doğru qismən bərpa olunsa da, əvvəlcə Bitcoin Nyu-York birjasında 88.522 dollara qədər enmişdi. Son satış dalğası həm dipdən alış edən fərdi investorları, həm də böyük şirkətləri ciddi zərbə altında qoyub.
Növbəti psixoloji səviyyələr 85 000 və 80 000 dollar civarında yerləşir. Əsas diqqət isə apreldə gömrük rüsumları ilə formalaşan 77 424 dollarlıq səviyyəyə yönəlib. Kriptovalyutaların ümumi bazar dəyəri 6 oktyabrda təxminən 4,3 trilyon dollarla zirvəyə çatmışdı, hazırda isə 3,2 trilyon dollar civarında dəyişir.
Bununla belə, itkinin böyük hissəsi real pul çıxışı deyil, “kağız üzərində” görünən dəyər itkisidir. CoinShares-in araşdırma rəhbəri Ceyms Batterfill bildirib: “İnvestorlar bir növ qaranlıqda yol tapmağa çalışırlar. Makroiqtisadi tərəfdən heç bir istiqamət göstərən siqnal yoxdur, buna görə də olduqca narahatdırlar”.
Bitcoin-in ilin əvvəlində 126 000 dolları bir qədər aşması iki əsas amilə söykənirdi: Fed-in bir neçə dəfə faiz endirəcəyi gözləntisi və institusional alışların artması. Bu iki ssenari dayanma həddinə çatdığından, momentumla alış edən investorlar bazardan çəkilib.
Yüri düşmüşkən Ether-in qiyməti 3 000 dollardan aşağı düşüb. Bu ilin ilk yarısındakı yüksəlişdə Bitcoin-dən geri qalan ikinci ən böyük token olan Ether, avqustda 5000 dollara yüksələrək 2021-ci ilin rekordunu qısa müddətə keçmişdi, lakin sonradan həmin qazancını tamamilə itirdi.
San-Fransiskoda yerləşən Bitwise Asset Management-in baş investisiya direktoru Metyu Houqan bildirib: “Satışların sonuna başlanğıcından daha yaxın olduğumuzu düşünürəm, lakin bazarlar hələ də narahatdır və kripto istiqamət tapmazdan əvvəl qiymətlər bir qədər də aşağı enə bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
14 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























