Spotify qiymət artıracaq
Spotify-ın ABŞ-da abunə haqqını gələn ilin ilk rübündə artırmağa hazırlaşdığı bildirilib. Financial Times-ın mövzuya yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, bu addım platformanın 2024-cü ilin iyunundan bəri ABŞ-da həyata keçirəcəyi ilk qiymət artımı olacaq.
Qlobal qiymət artımı dövrü davam edir
Marja xəbər verir ki, İsveçin musiqi yayım platforması avqust ayında yaydığı açıqlamada Cənubi Asiyadan Orta Şərqə, Afrikadan Avropa və Latın Amerikasına qədər bir çox regionda aylıq abunə haqqını 10,99 avrodan 11,99 avroya yüksəltdiyini bildirmişdi. Beləliklə, Spotify qlobal səviyyədə gəlirlərini artırmaq üçün qiymət yeniləmələrini mərhələli şəkildə həyata keçirir.
Güclü artım və bayram dövrü effekti
Spotify ayın əvvəlində açıqladığı dördüncü rüb proqnozunda Wall Street-in gözləntilərindən yüksək performans gözlədiyini bildirmişdi. Şirkət xüsusilə istifadəçi sayının güclü artımı və ilin sonu bayram dövründə tətbiq olunan qiymət tənzimləmələrinin gəlirləri dəstəklədiyini qeyd etmişdi.
Spotify-ın üçüncü rüb maliyyə nəticələri: Reklam gəliri azalıb, mənfəət artdı, abunəçi sayında rekord qırılıb
Musiqi yayım platforması Spotify ilin üçüncü rübünə dair maliyyə nəticələrini açıqlayıb. Şirkət ödənişli abunəçi sayının 281 milyona çatması ilə əməliyyat mənfəətini illik müqayisədə 28% artırıb. Spotify-ın əməliyyat gəliri 582 milyon avro (669 milyon dollar) olub; bazar gözləntisi 485 milyon avro idi. Toplam gəlir isə illik 7% artaraq 4,27 milyard avroya yüksəlib.
Aylıq aktiv istifadəçi sayı 713 milyon nəfərə çatıb və illik müqayisədə 11%, əvvəlki rüblə müqayisədə isə 2% artım qeydə alınıb. Sərbəst nağd pul axını 13% artaraq 806 milyon avroya yüksələrək rekord səviyyəyə çatıb.
Şirkət bildirib ki, istifadəçi və abunəçi artımı bütün regionlarda müşahidə olunub. Şirkət üçüncü rübdə 30 yeni funksiya istifadəyə verilib.
Reklam dəstəkli gəlirlərdə isə azalma müşahidə olunub. Reklam gəlirləri illik müqayisədə 6% azalararaq 446 milyon avroya düşüb. Buna baxmayaraq, reklam dəstəkli aylıq aktiv istifadəçi sayı 11% artaraq 446 milyon nəfərə çatıb.
Spotify bildirib ki, cari performansdan məmnundur və 2025-ci ildə artımın davam etməsi ilə mənfəət marjının yaxşılaşacağını gözləyir.
Dördüncü rüb üçün proqnozlar arasında cəmi istifadəçi sayının 745 milyona, ödənişli abunəçi sayının 289 milyona yüksəlməsi, 4,5 milyard avro gəlir, 32,9% xalis mənfəət marjası və 620 milyon avro əməliyyat mənfəəti yer alır.
Şirkətdə idarəetmə strukturunda da dəyişiklik planlaşdırılır. Spotify-ın qurucusu və CEO-su Daniel Ek 1 yanvar 2026-cı il tarixindən etibarən Direktorlar Şurasının Sədri vəzifəsinə keçəcək. Ek-dən sonra Gustav Söderström və Alex Norström bərabər İcraçı direktor (CEO) olaraq fəaliyyət göstərəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















