Neft, ABŞ "stoklarındakı" artımın yavaşlaması ilə bahalaşıb
ABŞ-da Harvey qasırğasından sonra neftayırma zavodları yenidən fəaliyyətə başlayıb və buna bağlı olaraq xam neft tələbi artıb. Tələbin artması ilə anbarlardakı ehtiyatların artıması da yavaşlayıb.
"Marja" xəbər verir ki, özəl sektorun maliyyələşdirdiyi Amerikan Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da neft ehtiyatları keçən həftə 1.44 milyon barel artıb. Bu, Çərşənbə günü açıqlanacaq rəsmi ehtiyatlar məlumatı üçün proqnoz olan 3.9 milyon barellik artımından çox azdır.
ABŞ-da bəzi neftayırma zavodları, güclü marjlardan faydalana bilmək üçün əvvəldən proqramlaşdırılmış servis və təmir işlərini təxirə salıblar.
Neft son iki həftədə bahalaşıb. Lakin yenə bazarda ABŞ-da artan istehsalın Neft İxrac edən Ölkələr Birliyi (OPEC) ölkələrinin istehsalı azaltmalarının təsirini silə biləcəyi narahatçılığı var.
OPEC-in ikinci ən böyük istehsalçısı İraq, bazarın yenidən tarazlığa qovuşa bilməsi üçün istehsalın əlavə 1% azaldılması lazım olduğunu qeyd edib.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərb Teksas nefti (WTI) Nymex bazarında 41 sent yüksələrək bareli 49.89 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 26 sent ya da 0.5 yüksələrək bareli 55.40 dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 d. əvvəl
Birgə şirkət və Sumqayıt Kimya Sənaye Parkında xüsusi zona yaradılacaq - SAZİŞ İMZALANDI
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aİ: Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişməyəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cavanşir körpüsünün təhlükəsizlik baxımından sökülməsi məqsədəuyğun hesab edilib - Dövlət Agentliyi
- 2 saat əvvəl
- 3 saat əvvəl