InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
27 noyabr 2025-ci il tarixində "InvestAZ İnvestisiya Şirkəti" Bakı Avrasiya Universitetində (BAAU) maliyyə bazarları və rəqəmsal aktivlərə həsr olunmuş seminar təşkil edib.
Tədbir universitetin “Regionşünaslıq və iqtisadiyyat” fakültəsi və “İqtisadiyyat” kafedrası ilə birgə həyata keçirilib.
Seminarın əsas məqsədi tələbələrə kapital bazarlarının müasir dinamikası, qlobal maliyyə trendlərinin yerli bazara təsiri, rəqəmsal aktivlərin iqtisadi mahiyyəti və eniş dövrlərində tətbiq olunan investisiya strategiyalarının praktiki tərəflərini təqdim etmək olub. Tədbirdə iştirak edən tələbələrə həm nəzəri biliklər, həm də real bazar nümunələri əsasında tətbiqi yanaşmalar nümayiş etdirilib.
Seminarın əsas məruzəçisi InvestAZ-ın Tədris və Analitika Departamentinin baş mütəxəssisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Rövşən Məmmədov kapital bazarlarında qiymət dinamikasının formalaşma prinsipləri, müxtəlif bazar şəraitində investor davranışı, qısa satış strategiyalarının tətbiqi və risklərin idarə olunması mexanizmləri barədə geniş təqdimatla çıxış edib. Məruzədə həmçinin qlobal maliyyə tendensiyalarının yerli kapital bazarlarına inteqrasiyası, analitik təhlilin investisiya qərarlarında rolu və rəqəmsal alətlərin bazarda istifadəsi kimi mövzulara da toxunulub.
Seminarda maliyyə məsləhətçisi Rəşad Mustafayev tərəfindən Bitcoin və kriptovalyuta bazarının hazırkı vəziyyəti, rəqəmsal aktivlərin iqtisadi dəyəri, kriptovalyutaların investisiya portfellərində diversifikasiya baxımından rolu və bazarın gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Tələbələr kriptovalyuta ekosistemi, blokçeyn texnologiyası və rəqəmsal aktivlərin qlobal maliyyə sistemində artan roluna dair müxtəlif suallar ünvanlayıblar.
Tədbir interaktiv şəkildə davam edib və iştirakçıların investisiya strategiyaları, bazar risklərinin proqnozlaşdırılması, rəqəmsal maliyyə alətlərinin tətbiqi, həmçinin qlobal kapital bazarlarında yeni trendlərlə bağlı sualları InvestAZ mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb. Seminar tələbələrə real bazar proseslərinin mahiyyətini anlamağa, analitik düşünmə bacarıqlarını inkişaf etdirməyə və maliyyə savadlılıqlarını artırmağa şərait yaradıb.
InvestAZ tərəfindən verilən məlumata görə, şirkət ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirməyi, tələbələrin maliyyə bazarları üzrə bilik və bacarıqlarını gücləndirmək üçün maarifləndirici proqramları davam etdirməyi planlaşdırır. Şirkətin nümayəndələrinin sözlərinə görə, bu tip seminarlar gənclərin real iş mühiti ilə tanış olmasına, onların gələcək karyera inkişafına və əmək bazarında rəqabət qabiliyyətlərinin artmasına mühüm töhfə verir.
BAAU və InvestAZ arasında qurulan bu əməkdaşlıq modeli yüksək ixtisaslı kadrların hazırlanması, tələbələrin nəzəri biliklərini praktiki aspektlərlə tamamlaması və müasir maliyyə bazarlarına çıxış imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım























