Aqrar Sığorta Fondu "ASAN Pay"la bağlı fermer və təsərrüfatlara müraciət edib
Azərbaycanda əkin sahələrini və heyvandarlıq təsərrüfatlarını dövlət dəstəyi ilə sığortalayan Aqrar Sığorta Fondu payızlıq əkinlərini bəyan etmiş fermerlərə müraciət edib.
Aqrar Sığorta Fondu fermer və təsərrüfatları öz əkin sahələrini sığortalayarkən sığorta haqqını «ASAN Pay» sistemi ilə ödəməyə çağırır.
Fermerlərin aqrar sığortaya əlçatanlığının artırılması sahəsində işlər çərçivəsində bu ilin may ayında Aqrar Sığorta İnformasiya Sistemi (ASİS) ölkənin aparıcı ödəniş sistemlərindən olan “AsanPay” ilə inteqrasiya edilib. Nəticədə aqrar sığorta haqlarının “AsanPay” vasitəsilə ödənişi mümkün olub.“AsanPay” vasitəsilə həm bitkiçilik, həm də heyvandarlıq sığortası üzrə sığorta haqqını ödəmək olar.
Aqrar sığorta haqqının ASAN Pay vasitəsilə ödənilməsi ölkənin bütün bölgələrində fəvliyyət göstərən fermerlər üçün böyük üstünlükdür. İndiyədək sığorta haqqını terminallar vasitəsilə ödəyən və bunun üçün uzaq məsafə qət etməli olan fermerlər artıq evdən çıxmadan əkin sahələrini və heyvanlarını sığorta edə biləcəklər.
Bu yenilik fermerlərin ödənişə vaxt itirməməsinə, öz təsərrüfatlarına daha yaxşı vaxt ayırmasına imkan verir.
Aqrar Sığorta Fondu xüsusilə payızlıq əkinləri ilə məşğul olan fermerlərə müraciət edərək onları öz əkin sahələrini sığortalamağa dəvət edir. Əkin sahələrinin vaxtında sığortalanması əkinlərin risklərdən qorunması ilə yanaşı, fermerlərin dövlət dəstəyindən – subsidiyalardan faydalanmasına da imkan verir.
Artıq fermerlər “AsanPay” sistemi vasitəsilə sığorta haqqını evdən və ya təsərrüfatdan çıxmadan mobil telefon vasitəsilə ödəyə biləcəklər.
Qaydaya görə, aqrar sığorta haqqını ödəmək üçün fermer “AsanPay” ödəniş sisteminə (www.asanpay.az) daxil olmalı, burada “Sığorta ödənişləri” bölməsini seçməlidir. Yeni açılan pəncərədə Aqrar Sığorta Fondunu seçərək öz FİN və ya VÖEN məlumatlarını daxil etmək lazımdır. Bu zaman ekranda fermerin ödəyəcəyi sığorta haqları görünəcək. Fermer “Ödə” düyməsini sıxaraq ödənişlərini həyata keçirə biləcək.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
59 d. əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
1 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
1 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
2 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
2 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu























