970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız bu tikililərin inşasına icazə verilir - FƏRMAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız bu tikililərin inşasına icazə verilir - FƏRMAN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Prezident İlham əliyevin imzaladığı Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililərin dəqiq təsnifatı verilib. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda hansı tikililərin inşasına icazə verildiyi öz əksini tapıb. Bu o deməkdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmanda nəzərdə tutulan qaydalardan kənar hər hansı tikilinin, o cümlədən bəzi kütləvi informasiya vasitələrində yayımlandığı kimi, beton əsaslı tövlə, anbar, ev və sair tikililərin inşası qadağandır”.

Marja xəbər verir ki. bu açıqlamanı mediaya Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev verib.

Reklam_3_11

O bildirib ki, Fərmanla təsdiqlənən mövcud qaydalara əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edilə və quraşdıra bilər: “Bu tikililərin xüsusiyyəti Fərmanda açıq şəkildə qeyd olunub. Söhbət xüsusi təyinatlı texnika cəlb edilmədən quraşdırılıb-sökülən, torpaqla beton əsaslı bağlılığı olmayan və ya dəmir-beton olmayan, ayrı-ayrı duran dirəkaltı bünövrələr üzərində quraşdırılan, yüngül inşaat konstruksiyalarından inşa edilən tikililərdən gedir. Eyni zamanda Fərmanda açıq şəkildə qeyd olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər kənd təsərrüfatına dair texnika, avadanlıq, ot, yem, dərman (zəhərli kimyəvi maddələrin saxlanması istisna olmaqla) və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, habelə işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilir. Yəni, söhbət daimi əsaslı yaşayış evi, tövlə, anbar və digər tikililərdən getmir, kənd təsərrüfatı təyinatlı torpaqlarda belə tikililərin inşası həm Torpaq Məcəlləsinə, həm də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə yolverilməzdir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 dekabr 2025-ci il tarixində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları haqqında Fərman imzalayıb. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşasına icazə verilən tikililərin xüsusiyyətləri və təsnifatı öz əksini tapıb. Fərmana əsasən, müvəqqəti tikilinin tikinti sahəsi 300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Yüngül konstruksiyalı tikili dedikdə, karkası ağac və ya divar qalınlığı 8 millimetrə qədər olan polad dirək və tirlərdən, habelə divarları və arakəsmələri metal, ağac və ya plastik lövhələrdən ibarət tikili nəzərdə tutulur. Bu cür tikililər kənd təsərrüfatı texnikası, ot, yem və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilə bilər.

Xatırladaq ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmanda göstərilən qaydalardan kənar hər hansı tikilinin inşası qadağandır və bu cür addımlar hüquqi, inzibati və cinayət məsuliyyəti yaradır.

 

Prezident İlham Əliyev Fərman kənd təsərrüfatı torpaq müvəqqəti tikililər inşa quraşdırma təsnifat icazə qadağa beton tövlə anbar ev Kənd Təsərrüfatı Nazirliyi Torpaqdan istifadə nəzarət Firidun Tağıyev qısa müddət yüngül inşaat konstruksiya quraşdırılıb-sökülən dirəkaltı bünövrə texnika avadanlıq ot yem dərman çoban ev yataq işçilər personal istirahət sanitariya gigiyena daimi əsaslı Şəhərsalma Tikinti Məcəllə 5 dekabr 2025 300 kvadratmetr 5 metr 6 metr karkas ağac divar qalınlıq 8 millimetr polad dirək tirlər metal plastik lövhə əməliyyat hüquqi inzibati cinayət məsuliyyət
08.12.2025 12:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar