Balakəndə sərnişin kanat yolunun inşası bu şirkətə həvalə olundu - 10,4 MİLYON MANATLIQ TENDER
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Balakən rayonunda sərnişin kanat yolunun inşası ilə bağlı elan olunmuş tenderin qalibi “ArchiCO” MMC şirkəti olub.
Marja.az Şirkətə istinadən xəbər verir ki, Layihə çərçivəsində kanat yolunun avadanlıqlarının alınması və çatdırılması, həmçinin inşa və layihələndirmə işləri məhz bizim şirkətə həvalə olunub.
Ümumi dəyəri 10 milyon 421 min 760 manat olan layihənin 30 dekabr 2026-cı il tarixində tamamlanması planlaşdırılır.
"Şirkətimizin kanat yolları sahəsində beynəlxalq təcrübəyə malik olması, bu istiqamətdə ixtisaslaşdığımızın aydın göstəricisidir. Şahdağ Turizm Kompleksində uğurla icra etdiyimiz 10 kanat xətti layihəsi, Laçın Kanat Yolu və Xankəndi–Şuşa Kanat Yolu kimi strateji əhəmiyyətli layihələr bu sahədəki peşəkarlığımızın və etibarlılığımızın real sübutudur",- Şirkətin məlumatında deyilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 8 may 2024-cü il tarixli sərəncamına əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi üçün Prezidentin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrılıb.
Bu layihə bölgənin turizm infrastrukturunun gücləndirilməsi və iqtisadi inkişafına töhfə verəcək mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
Tikinti sektoru üçün yenilik - "Mutfakçı" Azərbaycanın ilk premium “interyer ekosistemi”ni istifadəyə verir
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
-
24 d. əvvəl
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
-
- 32 d. əvvəl
-
33 d. əvvəl
Milli Məclis DSMF-nin və İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcələrini qəbul etdi
- 35 d. əvvəl
-
56 d. əvvəl
Gələn ilin büdcə layihəsində dəyişiklik edilib, müdafiə xərcləri artırılır
-
58 d. əvvəl
Gömrük, vergi, səhiyyə və təhsil işçiləri üçün 7%-dək endirimlə nağd kredit imkanı!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Balakəndə sərnişin kanat yolunun inşası bu şirkətə həvalə olundu - 10,4 MİLYON MANATLIQ TENDER
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
2026-cı il dövlət büdcəsi qəbul edildi
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
Balakəndə sərnişin kanat yolunun inşası bu şirkətə həvalə olundu - 10,4 MİLYON MANATLIQ TENDER
Ən çox oxunanlar
"Az-Tex-Import" şirkəti 18 milyon manatlıq sifariş aldı
Ödəniş təşkilatı nizamnamə kapitalını 200 min manat artırdı
Azərbaycan neftinin son qiyməti
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
Tikinti sektoru üçün yenilik - "Mutfakçı" Azərbaycanın ilk premium “interyer ekosistemi”ni istifadəyə verir
Rəsmi məzənnələr açıqlandı
2026-cı ili rahatlıq, təhlükəsizlik və şəhər həyatının enerjisi bir arada cəmlənən Nizami City-də qarşılayın! - Foto-Video



















.jpg)
.jpg)




