Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
Türkiyə Mərkəzi Bankıdekabr ayı faiz qərarını açıqlayıb. Bank uçot dərəcəsini 150 baza bəndi azaldaraq 38 faizə endirib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 150 baza bəndi (1,50 faiz bəndi) azaldaraq 39,5 faizdən 38 faizə endirib.
Marja xəbər verir ki, iqtisadçıların gözləntisi də, uçot dərəcəsinin 150 baza bəndi azaldılaraq 38 faizə endirilməsi istiqamətində idi.
Qurum həmçinin Mərkəzi Bankanın gecəlik borcvermə faizini 42,5 faizdən 41 faizə, gecəlik borclanma faizini isə 38 faizdən 36,5 faizə endirib.
TCMB-nin qərar mətnində qeyd olunub ki, noyabr ayında istehlak inflyasiyası qida qiymətlərilə əlaqədar olaraq gözləniləndən aşağı gerçəkləşib və inflyasiyanın əsas tendensiyası sentyabr ayındakı artımdan sonra oktyabr və noyabr aylarında müəyyən qədər zəifləyib.
2025-ci ildə 8 dəfə yığıncaq keçirən Türkiyə Mərkəzi Bankı bunların 6-sında faiz endirimlərinə gedib, birində artırıma dair qərar verib. Yalnız iyun ayındakı toplantıda heç bir dəyişiklik edilməyib. Mərkəzi Bank uçot dərəcəsini bu il ümumilikdə 9,5 faiz bəndi azaldaraq 47,5 faizdən 38 faizə endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























