“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən İmişli Şəkər Zavodu, Bakı Qida və Yağ Fabriki və AKKİK Kağızın Təkrar Emalı Fabriki beynəlxalq ISO 500001:2018 Enerji İdarəetmə Sistemi sertifikatına layiq görülüb.
ISO 500001:2018 standartının tətbiqi müəssisələrdə enerji performansının sistemli şəkildə izlənməsinə və davamlı olaraq təkmilləşdirilməsinə imkan yaradır. Bu sertifikat vasitəsilə enerji resurslarından daha səmərəli istifadə, enerji xərclərinin effektiv idarə olunması və əməliyyat proseslərində optimallaşdırma təmin edilir.
Eyni zamanda, ISO 500001:2018 Enerji İdarəetmə Sistemi təbii resursların qorunmasına, ətraf mühitə təsirin azaldılmasına və dayanıqlı istehsal prinsiplərinin gücləndirilməsinə xidmət edir. Bu yanaşma “Azərsun Holdinq”in dayanıqlılıq və davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
“Azərsun Holdinq” gələcək fəaliyyətində də enerji səmərəliliyinin artırılması, ekoloji məsuliyyətin gücləndirilməsi və beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin tətbiqini prioritet istiqamət kimi davam etdirəcək.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 d. əvvəl
-
-
42 d. əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
47 d. əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
1 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
























