FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
ABŞ Mərkəzi Bankının (FED) İdarə Heyətinin üzvü Stiven Miran əmək bazarını canlandırmaq məqsədilə bu il 150 baza bəndi (1,50 faiz bəndi) həcmində faiz endirimi gözlədiyini açıqlayıb. Pul siyasətini məhdudlaşdırıcı kimi xarakterizə edən Miran, əsas inflyasiyanın ehtimal ki, 2,3 faiz səviyyəsində qaldığı və bunun FED rəsmilərinin daha çox faiz endirimi üçün manevr imkanına malik olduğunu göstərdiyini bildirib.
Marja.az xəbər verir ki, Bloomberg TV-nin Surveillance proqramına danışan Miran deyib: “Təxminən 1,5 faiz bəndi həcmində endirim gözləyirəm. Bunun böyük hissəsi inflyasiya ilə bağlı baxışımdan qaynaqlanır. Baza inflyasiya hədəfimizə çox yaxındır və bu da orta müddətdə ümumi inflyasiyanın hara yönələcəyinə dair yaxşı göstəricidir”.
FED rəsmiləri son üç iclasın hər birində faiz dərəcələrini 0,25 faiz bəndi həcmində endirmələrinə baxmayaraq, bu il nə qədər endirim ediləcəyi mövzusunda hələ də fikir ayrılığı yaşayırlar. Getdikcə daha çox rəsmi, inflyasiya və məşğulluqla bağlı daha çox məlumat əldə olunana qədər faiz dərəcələrinin ən azı dəyişdirilməməsini müdafiə edir.
İnvestorlar isə ən azı 2 faiz bəndi həcmində azalma gözləyirlər.
Miran sentyabr ayında Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri vəzifəsindən ayrıldıqdan sonra bu ay başa çatacaq FED idarəçisi vəzifəsini icra etdiyi müddət ərzində aqressiv faiz endirimlərinə çağırışlar edir.
Miran bildirib: “İstənməyən inflyasiyaya səbəb olmadan iş tapa biləcək təxminən bir milyon amerikalı işsiz var”.
Miran vəzifə müddəti başa çatdıqdan sonra mərkəzi bankda qalıb-qalmayacağının hələ də qeyri-müəyyən olduğunu deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























