PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
500-dən çox şagirdlə görüşlər keçirilib və onlara ixtisas seçimi, şəxsi inkişaf, xaricdə təhsil imkanları və digər mövzularda məlumatlar təqdim edilib.Bir müddət öncə, PAŞA Holding, AUKAA (İngiltərə Məzunları İctimai Birliyi), Britaniya səfirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə KSM (Korpotiv Sosial Məsuliyyət) çərçivəsində “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib.
Layihə müddətində Ağdam, Bərdə, Salyan, Yardımlı, Lerik, Şamaxı, Balakən, Zaqatala, Siyəzən və Gədəbəy rayonlarında yerləşən kənd məktəbləri ziyarət olunub. Bu səfərlər zamanı ümumilikdə 500-dən çox şagirdlə görüşlər keçirilib və onlara ixtisas seçimi, şəxsi inkişaf, xaricdə təhsil imkanları və digər mövzularda məlumatlar təqdim edilib.
Layihənin davamı olaraq, seçilmiş 30 nəfər şagird Bakıda təşkil olunan 5 günlük Qış Düşərgəsində iştirak edib. Düşərgə çərçivəsində şagirdlər maraqlandıqları ixtisas sahələri üzrə peşəkar dənizçi, psixoloq, rəssam/dizayner və digər mütəxəssislərlə görüşlərə qatılıblar.
Bundan əlavə, iştirakçılar üçün ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai Televiziya, Şəhidlər Xiyabanı, Heydər Əliyev Mərkəzi, Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi və digər müəssisələrə ziyarətlər təşkil edilib.
“Təhsil üçün əl-ələ” layihəsi gənclərin maarifləndirilməsi, ixtisas seçiminə dəstək və onların gələcək inkişafına töhfə vermək məqsədi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























