Mercedes yenə BMW-dən geri qaldı
BMW elektrikli avtomobil satışlarında Mercedes-Benz Group ilə arasındakı fərqi xeyli artırıb.Mercedes-Benz 2025-ci ildə 2024-cü illə müqayisədə 9 faiz azalma ilə 168 min 800 ədəd tam elektrikli avtomobil (elektromobil) satıb. Eyni dövrdə BMW-nin elektrikli avtomobil satışı 3,6 faiz artaraq 442 min 72 ədəd olub.
Marja xəbər verir ki, Mercedes-in baş icraçı direktoru Ola Källenius elektrikli avtomobillər sahəsində şirkətin rəqiblərinə çatmağsına çalışır. 2026-cı il Çinli avtomobil istehsalçılarının artan payı, eləcə də Asiya və Avropada istehlakçı etimadının qeyri-sabit qalması fonunda Källenius-un Mercedes-i daha üst seqmentdə mövqeləndirmə strategiyası üçün çətin sınaq olacaq. 2025-ci il G-Seriyası yolsuzluq avtomobilinin rekord satış göstəriciləri kimi bəzi müsbət nəticələr gətirsə də, Mercedes ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları və lüks seqmentə daxil olan Çinli istehsalçıların güclənən rəqabəti ilə mübarizə aparır.
2025-ci ildə Mercedes-in ümumi avtomobil satışı isə 9 faiz azalaraq 1,8 milyon ədədə düşüb.Beləliklə, avtomobil istehsalçısı zəif nəticələrlə yadda qalan daha bir ili geridə qoyub. Yerli avtomobil markaları ilə rəqabət gücləndiyi halda, Çinə tədarüklər 19 faiz azalıb. E-Class kimi orta ölçülü modellər də daxil olmaqla əsas seqmentlərdə satışlar qlobal miqyasda 10 faiz azalaraq 1,05 milyon ədəd təşkil edib.
Bununla belə, elektrikli portfeldə canlanma əlamətləri var. Mercedes-in yeni CLA elektrikli sedanı Brüssel Beynəlxalq Avtomobil Sərgisində Avropada ilin avtomobili seçilib və həm CLA, həm də bazara yeni çıxacaq GLC EV üçün sifarişlər 2026-cı ilin ikinci yarısına qədər doludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb












.jpg)




