Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

30 dekabr 2025-ci il tarixindən etibarən “PAŞA Holding”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holding” fəaliyyətə başlayıb.

Reklam_3_11

Marja xəbər verir ki, “PAŞA Maliyyə Holding”in əsas məqsədi “PAŞA Holding”ə daxil olan maliyyə şirkətlərini, eləcə də bankçılıq, sığorta, fintek, e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmiş şəkildə idarə etməkdir.

Belə ki, hazırda “PAŞA Maliyyə Holding”in birbaşa tabeliyində “PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Gürcüstan”, “PAŞA Bank Türkiyə”, “Bir” ekosistemi (Kapital Bank, Competo və PashaPay), “PAŞA Sığorta”, “PAŞA Həyat” və “PAŞA Technology” şirkətləri fəaliyyət göstərir.

“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov yeni strukturlaşma ilə bağlı bildirib: “PAŞA Maliyyə Holding-in yaradılması maliyyə və əlaqəli aktivlərimizin daha çevik, fokuslanmış və uzunmüddətli dəyər yaradan şəkildə idarə olunmasına imkan verəcək. Bu addım Holdinqin strateji inkişaf mərhələsində mühüm dönüş nöqtəsidir.”

Qeyd edək ki, “PAŞA Maliyyə Holding”in baş icraçı direktoru vəzifəsinə bundan əvvəl “PAŞA Holding”in baş icraçı direktorunun müavini və “Bir” ekosisteminin baş icraçı direktoru kimi fəaliyyət göstərmiş Fərid Məmmədov təyin edilib. “PAŞA Maliyyə Holding-in əsas prioriteti maliyyə və texnologiya yönümlü bizneslərin sinerjisini gücləndirmək, innovativ həllər vasitəsilə müştəri dəyərini və əməliyyat səmərəliliyini artırmaqdır.” - Fərid Məmmədov bildirib. Yeni vəzifəsi ilə yanaşı, cənab Məmmədov, eyni zamanda “Bir” ekosisteminin Müşahidə Şurasının sədri kimi də fəaliyyətini davam etdirəcək.

Onu da qeyd edək ki, yeni struktura əsasən “PAŞA Holding”in idarəçiliyi altında beş alt vertikal olacaq ki, bura maliyyə sektorunu (bankçılıq, sığorta, fintek, e-ticarət və s.) əhatə edən “PAŞA Maliyyə Holding”i, daşınmaz əmlak, hotel biznesi, eləcə də pərakəndə ticarət mərkəzlərinin idarə olunması sektorlarını əhatə edən “PAŞA Real Estate Qrup”u, kənd təsərrüfatı sektorunu əhatə edən “AgroDairy”, supermarketlər şəbəkəsi “Bravo” və pərakəndə xidmətlər, restoran biznesi, turizm və əyləncə sahəsini əhatə edən “Ventures Qrup” daxildir. 

İş elanları AzVak.az-da

Xatırladaq ki, “PAŞA Holding” ölkənin ən böyük özəl şirkətlərindən biridir. 2006-cı ildə təsis olunan holding maliyyə, daşınmaz əmlak, kənd təsərrüfatı, supermarket şəbəkələrinin idarə olunması, eləcə də pərakəndə xidmətlər və əyləncə sahələrində fəaliyyət göstərir və fəaliyyət göstərdiyi ölkələrdə vətəndaşların yaşayış standartlarının yüksəldilməsinə töhfə verməyi hədəfləyir. 

“PAŞA Maliyyə Holding”in baş icraçı direktoru Fərid Məmmədov

PAŞA Maliyyə Holding PAŞA Maliyyə Holding yaradıldı PAŞA Holding yeni struktur PAŞA Holding törəmə şirkət PAŞA Bank Azərbaycan PAŞA Bank Gürcüstan PAŞA Bank Türkiyə Kapital Bank PashaPay Bir ekosistemi PAŞA Sığorta PAŞA Həyat PAŞA Technology maliyyə holdingi bankçılıq sektoru sığorta sektoru fintek şirkətləri e-ticarət investisiyaları maliyyə sektorunda strukturlaşma PAŞA Holding idarəetmə modeli Fərid Məmmədov PAŞA Maliyyə Holding Cəlal Qasımov PAŞA Holding maliyyə və texnologiya sinerjisi innovativ maliyyə həlləri PAŞA Real Estate Qrup AgroDairy Bravo supermarketlər şəbəkəsi Ventures Qrup Azərbaycanın ən böyük özəl holdinqləri Marja.az iqtisadi xəbərlər
16.01.2026 14:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18