"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
"Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik""SOCAR Karbamid" zavodunun ilk hədəfi daxili tələbatı ödəməkdir.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun direktoru Kutay Durna zavodun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, karbamidin dünya bazarında qızıl, neft kimi qiymətləri var: "Bu qiymət həftəlik, gündəlik dəyişir. Məsələn, Misirdə, Səudiyyə Ərəbistanı, Türkiyə və ya Avropa ölkələrində onun qiyməti təxminən 400 dollardır. Bununla bağlı yeganə müəyyənləşdirici amil logistika xərcləridir. Əgər məhsulu sata bilmədiyimiz bir dövr olarsa, logistika xərclərini də qəbul edərək digər ölkələrə də göndərə bilərik. Keyfiyyətlə bağlı heç bir problem yoxdur. Çünki biz normal ümumi karbamid qiymətinə nisbətən, sırf bu keyfiyyətinə görə onu 10-20 ABŞ dolları daha baha satdığımız vaxtlar olur".
O bildirib ki, zavodun birinci hədəfi ilk növbədə daxili bazarı ödəməkdir: "Yəni daxili bazardakı bütün fermerləri təmin etdikdən sonra 85-90 %-lik yerdə qalan hissəni ixrac edirik. Hədəfimiz maksimum güclə istehsal etməkdir ki, müştəriyə də mal verə bilək. Bir sözlə, nə qədər istehsal ediriksə, hamısını sata bilirik. Yəni bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur. Maksimum güclə istehsal etdiyimiz təqdirdə hamısını sata bilirik".
Onun sözlərinə görə, daxili ehtiyacları ödəməsinə istehsalın təxinən 10-15%-i yönəldilir. Zavodda istehsal olunan məhsulun qalan hissəsi ixrac olunur.
Zavodun direktoru bildirib ki, zavod 2024-cü ildə Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya və Kanadaya məhsul ixrac edib.
"Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsal edir. Zavodun istehsal gücü isə 650 min tondur", - Kutay Durna vurğulayıb.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
11 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
12 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
12 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb





















