ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
(®) Babək prospekti 37 ünvanında ZEEKR brendinin Azərbaycandakı satış mərkəzinin yeni binasının rəsmi açılış mərasimi baş tutub. Tədbir çərçivəsində brendin yeni flaqman modeli — ZEEKR 9X ilk dəfə geniş ictimaiyyətə təqdim olunub.
Açılış mərasimində simvolik qızıl lent Efendiler Group-un icraçı direktoru Amal Əlili və ZEEKR brendinin regional direktoru Kai Li tərəfindən kəsilib.
Tədbirdə avtomobil sənayesinin nümayəndələri, media təmsilçiləri və dəvətli qonaqlar iştirak ediblər.
Tədbir boyu qonaqlar üçün canlı orkestr ifası təqdim olunub. Klassik musiqi müşayiəti mərasimə xüsusi ab-hava qataraq ZEEKR brendinin premium mövqeyini və təqdim olunan modellərin eksklüziv xarakterini ön plana çıxarıb.
Tədbirdə çıxış edən Efendiler Group-un icraçı direktoru Amal Əlili bildirib ki, ZEEKR Azerbaijan-ın yeni satış mərkəzinin açılışı və flaqman 9X modelinin təqdimatı qrup üçün mühüm mərhələdir. O qeyd edib ki, Babək prospektində fəaliyyətə başlayan yeni ZEEKR satış və servis mərkəzi müasir satış salonu, güclü satış sonrası xidmət infrastrukturu və geniş servis imkanları ilə müştərilərə premium səviyyəli təcrübə təqdim edəcək.
ZEEKR brendinin Mərkəzi Asiya üzrə regional direktoru Kai Li çıxışı zamanı Azərbaycanın sürətlə inkişaf edən avtomobil bazarına və ölkənin innovativ texnologiyalara açıq mövqeyinə diqqət çəkib. O bildirib ki, Azərbaycan ZEEKR üçün strateji əhəmiyyət daşıyan bazarlardan biridir və brend burada uzunmüddətli və davamlı inkişaf planları qurur.
Mərasimin əsas hissəsində isə ZEEKR-in yeni flaqman modeli — ZEEKR 9X təqdim edilib. Tam ölçülü premium SUV seqmentinə aid olan bu model yüksək performans, qabaqcıl təhlükəsizlik sistemləri və üstün komfort səviyyəsini bir araya gətirir. Futuristik dizayn dili, geniş və rahat salon konsepti, premium materiallardan istifadə, rəqəmsal idarəetmə və inkişaf etmiş multimedia imkanları ZEEKR 9X-i öz sinfində fərqləndirən əsas xüsusiyyətlər sırasındadır.
ZEEKR 9X-ın təqdimatı ilə ZEEKR brendi Azərbaycanda premium avtomobil seqmentində mövqeyini daha da gücləndirdiyini nümayiş etdirib. Yeni satış və servis mərkəzi isə müştərilərə beynəlxalq standartlara uyğun xidmət və real premium təcrübə təqdim etməyi hədəfləyir. Daha ətraflı məlumat üçün Babək prospekti 37 ünvanına müraciət etmək və ya *2299 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)




.jpg)







