"Qara taksi" Uber London lisenziyanı itirdi
Londonun ictimai nəqliyyat əməliyyatlarına cavabdeh olan "Transport for London", proqram təminatı ilə alternativ taksi xidməti təqdim edən Uber-in lisenziyanın "korporativ məsuliyyət çatışmazlığı və müştərilərin təhlükəsizliyinə dair narahatlıqlar" səbəbilə bərpa olunmamasına qərar verildiyini bildirib.
"Marja" bu barədə beynəlxalq mətbuata istinadən xəbər verir.
Londonda "qara taksi" tanınan Uber, xidmət lisenziyanın bərpa olunmamasına dair qərarı 21 gün ərzində şikayət etmək hüququna malikdir.
Uber avtomobilləri bu müddət ərzində paytaxt Londonda xidmət verməyə davam edəcək.
Uber-dən edilən açıqlamada verilən qərarın düzgün olmadığı bildirilərək, "Qərar Londonun hər kəsə açıq olduğunu, amma inovatif şirkətlərə açıq olmadığını göstərir" ifadəsinə yer verilib.
Qərarla bağlı olaraq "Transport for London"ın (TfL) İdarə Heyətinin Sədri Sadık Han, "Qərarı tamamilə dəstəkləyirəm. Əgər londonluların təhlükəsizliyinə dair narahatlıq yaradan bir vəziyyət varsa, lisenziyanın yenilənməsi səhv olardı" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
18 d. əvvəl
“AZZA”nın qidalarının daşınma zamanı təravətli qalmasının sirri məlum olub
-
18 d. əvvəl
Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb
- 27 d. əvvəl
- 43 d. əvvəl
-
44 d. əvvəl
ING bu il Azərbaycanda inflyasiyanın kəskin azalacağını proqnozlaşdırıb
- 45 d. əvvəl
-
49 d. əvvəl
KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq, məlumatlar ödənişsiz təqdim ediləcək
- 52 d. əvvəl
- 54 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl