Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator, AAM) 2026-cı ildə 28-33 min unsiya qızıl hasil etməyi planlaşdırır.

Bu barədə şirkətin məlumatında bildirilib.

Şirkətin gümüş hasilatının bu il 170-210 min unsiya, mis hasilatının isə 20-25 min ton olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, AAM 2025-ci ildə 25,061 min unsiya qızıl hasil edib. Bundan əlavə, 2025-ci ildə gümüş hasilatı 153,333 min unsiya, mis hasilatı isə 7,915 min ton təşkil edib.

Beləliklə, 2026-cı ildə şirkətin Azərbaycanda qızıl hasilatının bir il əvvəlki göstərici ilə müqayisədə artımı 11,7 %-dən 31,7 %-ə qədər, gümüşün 10,9 %-dən 36,95 %-ə qədər, misin isə 2,5 dəfədən 3,2 dəfəyə qədər ola bilər.

Bildirilib ki, bu il mis hasilatının həcmini təxminən üç dəfə artırılması planlaşdırır. Bu artım 2025-ci ildə hasilata başlanılmış "Gilar" və "Dəmirli" mədənlərinin hesabına təmin ediləcək.

"Həmçinin qızıl və gümüş hasilatının ildən-ilə artması, eləcə də istehsalın bütün mərhələlərində xərclərin rəqabətqabiliyyətli qalacağı gözlənilir", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, 2026-cı ildə 1 unsiya qızılın hasilatına çəkilən ümumi xərclər ("All-In Sustainable Cost", AISC) 1 500 ilə 1 800 ABŞ dolları, misin hasilatına çəkilən xərclər isə 6 800 ilə 7 800 ABŞ dolları arasında qiymətləndirilir.

"2026-cı il üzrə proqnozumuzu təqdim etməkdən məmnunam. Bu il ərzində mis əsas məhsulumuz olacaq və əminik ki, 2025-ci illə müqayisədə mis hasilatının həcmini üç dəfə artıra biləcəyik. "Anglo Asian" sabit əməliyyat fəaliyyətindən, əlvan metalların yüksək qiymətlərindən faydalanıb. İndi isə daha bir inamlı artım ilini səbirsizliklə gözləyirik", - "Anglo Asian Mining"in baş direktoru Reza Vaziri bildirib.

İş elanları AzVak.az-da

© APA

18.02.2026 13:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18