Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da fəaliyyət göstərən azərbaycanlı sahibkar Fərid İsmayılzadənin təsis etdiyi "Technovate" şirkəti tərəfindən Azərbaycanın innovasiya ekosisteminə töhfə vermək məqsədilə “Qarabağdan Silikon Vadisinə” adlı strateji startap proqramı elan edilir.

Marja.az xəbər verir ki, layihənin əsas məqsədi ölkəmizin istedadlı mütəxəssislərini qlobal bazarda rəqabətədavamlı startap qurucularına çevirmək və Qarabağı regional innovasiya və texnologiya mərkəzi kimi mövqeləndirməkdir.

Reklam_3_11

Proqram çərçivəsində bankçılıq, telekommunikasiya, enerji, texnologiya və dövlət sektorlarında çalışan, sahibkarlığa marağı olan, minimum 3 il iş təcrübəsinə və ingilis dili biliyinə malik peşəkarlar seçiləcək.

İştirakçılar Silikon Vadisində yaşayan texnoloji diaspora nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək 4 aylıq intensiv onlayn təlim proqramına qatılacaq, komandalar formalaşdıracaq və praktik startup quruculuğu mərhələsindən keçəcəklər.

Proqramın yekunu olaraq Qarabağda keçiriləcək Demo Day tədbirində seçilmiş ideyalara Technovate tərəfindən 50 000 ABŞ dollarınadək ilkin investisiya və mentorluq dəstəyi təqdim olunacaq.

Layihə barədə danışan Fərid İsmayılzadə bildirib:

“Bu proqramın əsas fərqi ondan ibarətdir ki, biz artıq real iş təcrübəsi olan və komfort zonasından çıxaraq risk etməyə hazır peşəkarlarla işləyəcəyik. Dünya təcrübəsi göstərir ki, ən uğurlu startap qurucularının yaşı adətən 35–45 aralığında olur. Yəni bu sahə yalnız yeni məzunların deyil, təcrübəli mütəxəssislərin də meydanıdır. Biz bu kateqoriyadan olan insanların uğur qazanması üçün xüsusi hazırlanmış, praktik yönümlü kurikulum təqdim edirik. Məqsədimiz ölkəmizdən istər hardware, istərsə də software sahəsində qlobal bazarda rəqabət apara biləcək startap tapmaq və onu sistemli şəkildə yetişdirməkdir. Ən azı yüzlərlə azərbaycanlıya Silikon Vadisi düşüncə tərzini aşılamaq belə bizim üçün böyük nəticə olacaq. Hesab edirəm ki, bu təşəbbüs son dövrlər ABŞ və Azərbaycan arasında inkişaf edən münasibətlər fonunda da praktik və strateji əhəmiyyət daşıyır.”

Yüksək sosial-iqtisadi dəyər yaratmağı hədəfləyən proqramdan əldə olunacaq gəlirin bir hissəsi Qarabağda elm və innovasiya mühitinin gücləndirilməsinə, sahibkarlıq mədəniyyətinin inkişafına yönəldiləcək. Təşəbbüs uzunmüddətli iqtisadi dinamika yaratmaqla yanaşı, regionun davamlı və texnologiya əsaslı inkişafını dəstəkləməyi qarşısına məqsəd qoyur.

Bütün özəl və dövlət qurumları layihəyə tərəfdaş kimi qoşulmağa dəvət olunur. Tərəfdaş qurumlar milli və beynəlxalq səviyyədə innovasiya tərəfdaşı kimi mövqelənmək, əməkdaşlarının sahibkarlıq və innovasiya bacarıqlarını inkişaf etdirmək, həmçinin Qarabağın innovasiya mərkəzi kimi formalaşmasında strateji rol almaq imkanı əldə edəcəklər.

Əməkdaşlıq imkanlarını müzakirə etmək və layihə haqqında ətraflı məlumat almaq üçün 25 fevral 2026-cı il tarixində saat 10:00-da keçiriləcək ödənişsiz onlayn məlumat sessiyasında iştirak etmək mümkündür. Qeydiyyat: www.qarabag2silicon.com

Layihənin təşəbbüskarı, Azərbaycanda təsis etdiyi "GoldenPay" və ölkənin ilk onlayn ödəniş portalı hesab.az layihələrinin satışından sonra ABŞ-da "Technovate" şirkətini quran azərbaycanlı sahibkar Fərid İsmayılzadədir. "Technovate" ABŞ-da venture studio modelinə əsaslanan innovasiya platformasıdır və hazırda Azərbaycan və region ölkələrindən qlobal potensiala malik innovativ ideyaların startapa çevrilməsini və onların beynəlxalq bazarlara çıxarılmasını dəstəkləyir. Studiyanın inkubasiya etdiyi 5 startap artıq ABŞ bazarında fəaliyyət göstərir və hər biri milyonlarla dollar dəyərində qiymətləndirilir.

İş elanları AzVak.az-da

Fərid İsmayılzadə Technovate Qarabağdan Silikon Vadisinə proqramı startup proqramı Azərbaycan innovasiya ekosistemi Qarabağı texnologiya mərkəzi Silikon Vadisi mentorluğu onlayn intensiv təlim bankçılıq telekommunikasiya enerji texnologiya dövlət sektoru praktik startup quruculuğu Demo Day tədbiri ilkin investisiya dəstəyi hardware və software sahələri sosial-iqtisadi dəyər Qarabağda elm və innovasiya mühiti sahibkarlıq mədəniyyəti regionun davamlı inkişafı milli və beynəlxalq tərəfdaşlıq GoldenPay hesab.az venture studio qlobal bazara çıxış ABŞ bazarında fəaliyyət göstərən startup-lar innovativ ideyaların inkubasiyası
19.02.2026 11:56

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18