“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
“AS Group”un törəmə şirkəti olan “AS İnşaat” MMC tərəfindən inşa edilmiş “Ağıllı kənd” layihəsi olan Zəngilan rayonunun Ağalı kəndi Avropanın ən böyük çoxdilli beynəlxalq xəbər media qurumlarından biri olan “Euronews” tərəfindən işıqlandırılan yaşayış məntəqələrindən biri olub.
“Euronews” “Smart urban recovery transforms Karabakh and East Zangazur” (“Ağıllı yenidənqurma Qarabağ və Şərqi Zəngəzuru transformasiya edir”) başlıqlı videoçarx hazırlayaraq regionda həyata keçirilən post-münaqişə bərpa prosesini beynəlxalq auditoriyaya təqdim edib. Videoçarx Dünya Şəhərsalma Forumu 2026 (WUF13) əməkdaşlığı çərçivəsində hazırlanıb.
Hazırlanan material “Euronews” tərəfindən rəsmi xəbər formatında həm Euronews.com saytında, həm də media qurumunun müxtəlif dillərdəki platformalarında yayımlanıb. Daha sonra video məzmun “YouTube” və “Dailymotion” kimi beynəlxalq rəqəmsal platformalarda paylaşılaraq geniş izləyici auditoriyasına çatdırılıb.

Videoçarxda Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesinin ənənəvi tikinti modelindən kənara çıxaraq müasir və ağıllı şəhərsalma strategiyaları əsasında həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, bölgədə reallaşdırılan layihələr sadəcə fiziki yenidənqurma ilə məhdudlaşmır, eyni zamanda ağıllı kənd və yaşayış məntəqələrinin yaradılması, dayanıqlı mənzil konsepsiyasının tətbiqi,enerji səmərəliliyi və rəqəmsal xidmətlərin inteqrasiyası, tarixi və mədəni irsin qorunmasıkimi çoxşaxəli komponentləri özündə birləşdirir.
“Euronews” süjetində bir sıra yaşayış məntəqələri ilə yanaşı, Ağalı kəndi də ağıllı kənd modelinin praktik nümunələrindən biri kimi təqdim olunub. Videomaterialda bərpa olunan enerji sistemləri, dayanıqlı şəhərsalma planlaşdırması, innovativ memarlıq həlləri və müasir sosial infrastruktur elementləri xüsusi diqqətə çatdırılıb.

Eyni zamanda vurğulanıb ki, bu yanaşma yalnız yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etmir, həm də kənd təsərrüfatı və yerli iqtisadi fəaliyyət üçün yeni imkanlar yaradır, regionun sosial strukturunu daha rəqəmsal, adaptiv və dayanıqlı formaya gətirir.
Qeyd edək ki, Ağalı kəndi “AS İnşaat” MMC tərəfindən cəmi 11 ay kimi qısa müddət ərzində inşa olunub və Qarabağda tətbiq edilən ağıllı kənd konsepsiyasının ilk real nümunələrindən biri hesab edilir.
Videoçarxı izləyə bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
15 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
18 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
19 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)


