PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir
(®) PAŞA Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi kampaniyaya start verir. 4–8 mart 2026-cı il tarixlərində keçirilən kampaniya müddətində xanım müştərilər premium Miles&Smiles kartlarını 50% endirimlə əldə edə bilərlər.
Endirim Miles&Smiles Black Edition və Miles&Smiles Visa Signature premium kartlara şamil olunur.
Miles&Smiles Black Edition kart sahibləri restoran və Duty Free məntəqələrində keşbek qazanır, hava limanlarında Fast Track və VIP xidmətlərdən yararlanır. Miles&Smiles Visa Signature kartı isə illik 4 dəfə lounge giriş hüququ, premium lounge çıxışı və hava limanı transfer xidməti kimi səyahəti daha rahat və komfortlu edən üstünlüklərlə seçilir.
Kampaniya çərçivəsində təqdim olunan bütün imtiyazlar və şərtlər haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.
PAŞA Bank-ın Miles&Smiles kartları, Türk Hava Yollarının Miles&Smiles loyallıq proqramı ilə birgə təqdim olunan ödəniş kartlarıdır və gündəlik bank əməliyyatlarını səyahət üstünlükləri ilə birləşdirir. Bu məhsul 2019-cu ildə Azərbaycanda təqdim edilmiş və müştərilərə həm ölkə daxilində, həm də xaricdə edilən əməliyyatlar üzrə uçuş milləri qazanmaq imkanı verən ilk yerli kartlardan biri olmuşdur.
Kart sahibləri, Miles&Smiles kartı ilə edilən uyğun alış-verişlərdən millər toplayırlar. Qazandığı millər Türk Hava Yolları və Star Alliance tərəfdaşları tərəfindən həyata keçirilən uçuşlar, əlavə baqaj, oturacaq seçimi, shopandmiles.com üzərindən alış-veriş və digər səyahət xidmətləri üçün istifadə edilə bilər. Yeni kart sahibləri üçün açılış bonusu olaraq 3,000-ə qədər “Welcome Miles” təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
29 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
35 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
3 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
3 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
3 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
























