Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
Qlobal reytinq agentliyi "Fitch Ratings"ə görə, son dövrdə baş verən geosiyasi hadisələrə və ABŞ-ın siyasətindəki dəyişikliklərə baxmayaraq dünya iqtisadiyyatı dayanıqlığını qoruyub.
Qlobal iqtisadi artım 2025-ci ildə 2,7 faiz ilə uzunmüddətli orta göstəriciyə yaxın səviyyədə reallaşıb. Neft qiymətlərindəki artımın qısa müddətli olacağı fərziyyəsi ilə 2026-cı ildə qlobal iqtisadi artımın 2,6 faizə qədər bir qədər düşəcəyi gözlənilir. Bu göstərici dekabr ayındakı 2,4 faizlik proqnozla müqayisədə yuxarı istiqamətdə yenilənib.
Hesabata görə, süni intellekt investisiyalarındakı sürətli artım, ABŞ və Çində yüksək büdcə kəsirləri və səhm bazarındakı qazancın ABŞ-da istehlakı dəstəkləməsi ötən il yüksək ABŞ tariflərinin təsirini balanslaşdırıb.
Fitch hesab edir ki, ABŞ-da əmək bazarındakı zəifləmə ev təsərrüfatlarının gəlirlərinə təzyiq göstərəcəyi üçün istehlak 2026-cı ildə yavaşlayacaq. Buna baxmayaraq büdcə kəsirinin yenidən genişləndiyi qeyd olunur və ABŞ iqtisadiyyatının 2026-cı ildə 2,2 faiz artacağı gözlənilir. Bu proqnoz yanvar yenilənməsindəki 2 faiz səviyyəsindən yuxarı olmaqla yanaşı, ötən ilin artım tempi ilə eyni səviyyədədir.
Avro zonası iqtisadiyyatının 2026-cı ildə 1,3 faiz artacağı gözlənilir. Bu proqnoz dekabr ayındakı qiymətləndirmə ilə eyni qalsa da, ötən ildən bir qədər aşağıdır. Artan enerji qiymətləri yeni risk yaradır, lakin Almaniyada maliyyə genişlənməsi sayəsində əsas artım meyillərində yaxşılaşma müşahidə olunduğu bildirilir.
Çin iqtisadiyyatının isə 2025-ci ildəki 5 faiz artımdan sonra 2026-cı ildə 4,3 faizə qədər yavaşlayacağı gözlənilir. Bunun əsas səbəbi istehlak xərclərinin zəifləməsi və ixrac artımının yavaşlamasıdır. Bununla belə, Fitch 2025-ci ildə 1990-cı ildən bəri ilk dəfə illik müqayisədə azalan investisiyalardan sonra kapital xərclərində məhdud bərpa gözləyir. Bu çərçivədə 2026-cı il artım proqnozu dekabr ayı ilə müqayisədə 0,2 faiz bəndi artırılıb.
Brent neftinin qiymət proqnozunu 70 dollara yüksəldilib
Fitch həmçinin 2026-cı il üzrə orta Brent qiyməti proqnozunu bir barel üçün 63 dollardan 70 dollara yüksəldib. Bu proqnoz Hörmüz boğazının təxminən bir ay faktiki olaraq bağlı qalacağı, daha sonra isə neft qiymətlərinin ilin ikinci yarısında 60 dolların ortalarına geriləyəcəyi fərziyyəsinə əsaslanır.
Qurum bildirib ki, bu yenilənmənin əsas iqtisadi proqnozlara böyük təsiri yoxdur.
Buna qarşılıq, neft qiymətlərinin bir barel üçün 100 dollar səviyyəsinə yüksələrək qalıcı olması halında daha mənfi ssenari yarana bilər. Belə bir vəziyyətdə qlobal iqtisadiyyat üçün ciddi təchizat şoku yaranacağı, dörd rübün sonunda dünya ÜDM-inin 0,4 faiz daha aşağı ola biləcəyi, Avropa və ABŞ-da inflyasiyanın 1,2–1,5 faiz bəndi əlavə təzyiq yarana biləcəyi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






