Ötən il 60 milyon manata yaxın gəlir əldə edib
Ötən il "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin gəlirləri 59,2 milyon manat təşkil edib.
Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 10 % çoxdur.
"Bu göstərici beynəlxalq audit şirkətinin müvafiq təhlillərinə əsasən son 3 ildə 17 % artıb, liman dövlət büdcəsinə 9,8 milyon manat vəsait ödəyib" - deyə hesabatda qeyd olunub.
Bakı Limanında ötən il 8 milyon tondan çox yük aşırılıb
"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-də ötən il 8 milyon 192,2 min ton yük aşırılıb.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 8,1 % çoxdur.
Ümumi yükaşırmanın 5 milyon 587,1 min ton və yaxud 68,2 %-i tranzit yüklərin payına düşüb. O cümlədən, qeyri-neft yükləri üzrə tranzit daşımaların həcmi 9,1 % artaraq 4 milyon 500 min ton təşkil edib.
Ötən il limanda vaqon aşırılması əvvəlki ilə nisbətən 1,7 % azalaraq 36 milyon 9 min ədəd təşkil edib. Vaqonların 229 min ədədi və yaxud 62,1 %-i Bakı-Türkmənbaşı-Bakı, 14 min ədədi və yaxud 37,9 %-i isə Bakı-Kurik/Aktau-Bakı istiqamətində hərəkət edib.
2025-ci ildə irihəcmli nəqliyyat vasitələrinin (TIR) sayı 2024-cü illə müqayisədə 2,9 % artaraq 59,9 min ədəd təşkil edib, bu nəqliyyat vasitələrinin 34,4 min ədədi (57,4 %-i) Bakı-Türkmənbaşı-Bakı, 25,5 min ədədi (42,6 %-i) isa Bakı-Kurık-Bakı istiqamətində daşınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat sonra
-
-
9 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
10 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
11 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
12 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib















.jpg)




