"Unicapital" "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıb
(®) 11 mart 2026-cı il tarixində Unicapital İnvestisiya Şirkəti, ölkənin aparıcı korporativ maliyyə institutlarından biri olan "PAŞA Bank", "PAŞA Kapital İnvestisiya Şirkəti" və "ABB Invest" arasında əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib.
İmzalanan sazişlər PAŞA Bank tərəfindən planlaşdırılan İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərin yerləşdirilməsi prosesində investorların iştirak imkanlarının genişləndirilməsinə xidmət edir. Razılaşmaya əsasən, investorlar bankın səhmlərini tərəfdaş investisiya şirkətlərinin vasitəsilə rahat və tam onlayn şəkildə əldə edə biləcəklər.
Əməkdaşlıq çərçivəsində "Unicapital İnvestisiya Şirkəti" investorların IPO prosesinə çıxışının təmin edilməsində aktiv rol oynayacaq.
Qeyd edək ki, IPO çərçivəsində Bank investorlar üçün səhmlərinin 5%-ni təklif etməyi planlaşdırır. Bu, Azərbaycan bazarında özəl bank və özəl şirkət tərəfindən həyata keçiriləcək ilk IPO olacaq.
Unicapital İnvestisiya Şirkəti kapital bazarlarının inkişafına töhfə verən təşəbbüslərdə fəal iştirak etməklə investorlar üçün daha əlçatan və müasir investisiya imkanlarının yaradılmasını davam etdirir.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)







