Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İrana məxsus neft və təbii qaz sahələrini hədəfə almaması barədə xəbərdarlıq etdiyini açıqlayıb.
Marja xəbər veeir ki, Tramp, Yaponiya Baş naziri Takaiçi Sanaeni Ağ Evdə qəbul edərkən Oval Ofisdə jurnalistlərə İranla bağlı açıqlamalar verib.
ABŞ hərbçilərinin İrana göndərilib-göndərilməyəcəyi ilə bağlı suala cavab verən Tramp, “ABŞ əsgərlərini göndərmirəm. Göndərsəydim sizə deməzdim, amma göndərmirəm” deyib.
İsrailin İrana məxsus neft obyektlərini hədəfə almasına münasibəti soruşulan Tramp bildirib ki, bu məsələni Netanyahu ilə müzakirə edib:
“Ona bunu etmə dedim. O da etməyəcək. Biz müstəqil ölkələrik, çox yaxşı anlaşırıq, koordinasiyalı işləyirik. Amma bəzən Netanyahu bir şey edir və mən bundan razı deyiləmsə, artıq bunu etmirik.”
Trampdan NATO-ya tənqid
Tramp, Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı ABŞ-a dəstək vermək istəməyən NATO ölkələrini tənqid edib və bundan məyus olduğunu bildirib.
NATO-dan fərqli olaraq Yaponiyanın İran məsələsində dəstək verəcəyini düşündüyünü qeyd edən Tramp deyib:
“NATO-ya gəlincə, onlar Hörmüz boğazını qorumaqda bizə kömək etmək istəmirlər. Halbuki buna ən çox ehtiyacı olan məhz onlardır.”
Tramp əlavə edib ki, İranın Harg adasını qısa müddətdə ələ keçirə bilərlər, lakin adadakı neft boru xətləri və infrastrukturuna zərər vermək istəmədikləri üçün bu addımı atmırlar.
“İran böyük təhlükə idi”
Tramp İranın nüvə silahı əldə etməyə çox yaxın olduğunu bir daha vurğulayaraq bildirib:
“Bu müvəqqəti hərbi müdaxiləni etmək məcburiyyətində qaldıq. İran bütün Yaxın Şərq üçün təhlükə idi və bunu hamı bilirdi. İranda baş verənləri görürdüm. Bu müdaxiləni başlatmaq xoşuma gəlmirdi, amma məcbur idik.”
ABŞ Prezidenti əlavə edib:
“İstəsək bu işi iki saniyəyə bitirə bilərik. Amma biz çox ehtiyatlı davranırıq.”
Pentaqonun 200 milyard dollarlıq tələbi
Bir jurnalistin Pentaqonun 200 milyard dollarlıq əlavə büdcə tələbi ilə bağlı sualına cavab verən Tramp bildirib ki, bu yalnız İranla bağlı deyil.
ABŞ ordusunun qlobal qeyri-müəyyənliklər fonunda güclü saxlanmasının vacib olduğunu vurğulayan Tramp deyib:
“Bunu təkcə İranla bağlı vəziyyətə görə yox, bir çox səbəblərə görə istəyirik.”
Yaponiyadan dəstək
Yaponiya Baş naziri Takaiçi Sanae isə ABŞ-ın İrana qarşı addımlarını dəstəklədiklərini bildirib:
“İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməməlidir.”
Takaiçi həmçinin İranın Körfəz ölkələrinə mümkün cavab hücumlarını və Hörmüz boğazını bağlama cəhdlərini pisləyib:
“Hazırda çox ciddi təhlükəsizlik böhranı ilə üz-üzəyik. Bu hadisələr qlobal iqtisadiyyata böyük zərbə vurmaq üzrədir. Amma buna baxmayaraq, dünyada sülhü təmin edə biləcək yeganə şəxsin Prezident Tramp olduğuna inanıram. Bunun üçün beynəlxalq tərəfdaşlarla işləməyə hazıram.”
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 12 d. əvvəl
-
28 d. əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
-
- 32 d. əvvəl
- 46 d. əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
6 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Martın 27-də gözlənilən hava şəraiti
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır






















